MSK üzvləri Gürcüstanda yerli seçkiləri müşahidə edəcəklər

img

09-09-2021 [11:55]


Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) Gürcüstanda oktyabrın 2-də keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkiləri izləmək üçün müşahidəçilər göndərəcək.

Bu barədə məlumat Gürcüstan MSK-nın rəsmi saytında yerləşdirilib.

MSK-nın iki üzvü beynəlxalq müşahidəçi kimi artıq qeydiyyata alınıb.

Qeyd edək ki, yerli seçkilərdə Gürcüstan vətəndaşları 64 mer və 64 yerli məşvərətçi orqan olan sakrebuloya 2 044 deputat seçəcəklər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA