Baş infeksionist: "Ölkə epidemiyanın ən ağır günlərini geridə qoyub" - "Gürcüstanda da beşinci dalğa yaşanacaq"

img

06-09-2021 [21:08]


“Gürcüstanda koronavirus pandemiyasının beşinci dalğası gözlənilir, lakin əvvəlkilər kimi ağır keçməyəcək”.

Bnu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə epidemiyanın ən ağır günlərini geridə qoyub: “Bütün dünyada olduğu kimi, Gürcüstanda da beşinci dalğa yaşanacaq. Bu mərhələ nisbətən yüngül keçəcək, belə ki, o vaxtadək vaksinin hər iki dozasını vurduranların sayı çox olacaq”.

Qeyd edək ki, qonşu ölkə hazırda pandemiyanın dördüncü dalğasından keçir. Delta ştamının yayılması səbəbindən avqust ayında yoluxma və ölüm hallarında rekord göstəricilər qeydə alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR