Çavuşoğlu: “Türkiyənin qoşulmadığı hər hansı anlaşmanın heç bir qüvvəsi yoxdur”

img

07-09-2021 [11:58]


“Nə haqqımızın yeyilməsinə imkan verərik, nə də başqasının haqqını yeyərik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində bildirib.

“Yunanıstanın dənizlərdə maksimalist yanaşması qəbuledilməzdir. Biz ədalətli şəkildə bölünmənin tərəfdarıyıq.

Türkiyənin qoşulmadığı hər hansı anlaşmanın heç bir qüvvəsi yoxdur. Aralıq dənizinin şərqi ilə bağlı bütün ölkələrin maraqlarına uyğun razılaşma olmalıdır”, - o deyib.

Türkiyə XİN başçısı həmçinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirlə münasibətlərin normallaşmasının vacibliyini vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA