Müsavatda qurultayla bağlı Təşkilat Komitəsi toplaşdı

img

10-02-2014 [17:46]


Hazırda Müsavatın mərkəzi qərargahında partiyanın qurultayla bağlı Təşkilat Komitəsinin toplantısı keçirilir.

Toplantıda qurultaya hazırlıq işlərinin, tədbirə yer ayrılması üçün BŞİH-nə edilən müraciətə hələ də cavab verilməməsinin müzakirə ediləcəyi gözlənilir. Qeyd edək ki, qurultayla bağlı yaradılan Təşkilat Komitəsinin sədri Müsavat başqanı İsa Qəmbərdir. Təşkilat Komitəsində Divan üzvləri daxil olmaqla, vəzifəli şəxslər təmsil olunur.

Partiyanın qurultayı 2 ilə yaxındır gecikir. Buna səbəb də, hökumət tərəfindən qurultay üçün normal yerin ayrılmamasıdır. Partiya bu ilin may ayına qədər qurultayı keçirməkdə israrlıdır. Hazırda toplantı davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA