Səfir: "Moldovada Azərbaycanın sərmayəsinin əhəmiyyətli dərəcədə artacağına əminəm" - Tədbir + FOTOLAR
04-09-2021 [13:48]
Sentyabrın 3-də Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) tərəfindən paytaxt Kişineu şəhərində diaspor təşkilatımızın illik fəaliyyətinə həsr edilmiş tədbir keçirilib.
Mia.az-a verilən məlumata görə, tədbirdə Moldova Respublikası Parlamentinin vitse-spikeri, hakim partiya olan Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) fraksiya sədri Mihail Popşoy, Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri Vera Petuhov, Türkiyə Respublikasının Moldovadakı səfiri Gürol Sökmensüer, Rusiya, Belorusiya, Ukrayna və digər diplomatik nümayəndəliklərin əməkdaşları, eləcə də Moldovada fəaliyyət göstərən yəhudi, qaqauz, ukrayna və digər icmaların rəhbərləri, üzvləri və çoxsaylı həmvətənlərimiz iştirak ediblər.
Tədbirdə giriş nitqi ilə çıxış edən MAK-ın sədri Elçin Bayramov Moldovada ötən il azərbaycanlı diaspor təşkilatında aparılmış islahatlardan sonra illik fəaliyyətə dair hesabatı tədbir iştirakçılarının diqqətinə təqdim etmişdir. Hesabatda MAK-ın il ərzində ölkəmizin, eləcə də Moldovanın əlamətdar günlərinə həsr edilmiş 25-dən çox tədbir, mərasim və marafonların təşkilatçısı olduğu vurğulanmış.
Daha sonra tədbirdə ölkə Parlamentinin vitse-spikeri, hakim partiya PAS-ın fraksiya sədri Mihail Popşoy çıxış edərək MAK-ın il ərzində gördüyü işləri yüksək qiymətləndirmiş, öz ölkəsində fəal azərbaycanlı icmasını görməyə şad olduğunu bildirmiş, partiyası üçün etnik kimliyindən asılı olmayaraq ölkəsinin rifahına xidmət edən icmaların önəmli olduğunu vurğulamış, istər 2020-ci ildə prezident seçkilərində, istərsə də cari ildə parlament seçkilərində MAK-ın göstərdiyi dəstəyə görə təşəkkürünü bildimiş, belə istedadlı azərbaycanlı gənclərin Moldovanın siyasi, ictimai və mədəni inkişafı üçün vacib şərtlərdən biri olduğunu diqqətə çatdırmışdır. Vitse-spiker ölkəmizin səfirinin fəal olduğunu bildirərək artıq stabil hakimiyyəti olan Moldovanın Azərbaycanla iqtisadiyyat sahəsində əməkdaşlığının genişləndirilməsi və ölkəsinə azərbaycanlı sərmayədarların cəlb edilməsində maraqlı olduğunu qeyd edib.
Tədbirdə iştirak edən ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov çıxış edərək, bir illik fəaliyyətlərində önəmli irəliləyişlərə nail olan, istər Moldovanın ictimai-siyasi həyatında, istərsə də Moldovadakı səfirliyimizdə - həmvətənlərimizin “ata yurdu”nda təşkil edilən tədbirlərdə fəallıq nümayiş etdirən MAK-a minnətdarlığını bildirib.
Səfir 2020-ci ilin ölkələrimiz üçün əhəmiyyətli tarixi il olduğunu, məhz bu il Azərbaycanın uzun işğaldan sonra BMT-nin qətnamələrinə uyğun olaraq qanuni torpaqlarını geri qaytardığını vurğulamışdır. O, 2020-ci ildə Moldova Respublikası üçün Mayya Sandunun prezident seçkilərində qazandığı qələbə sayəsində siyasi sabitliyin bərqərar olması baxımından əhəmiyyətli il olduğunu qeyd etmiş, xanım prezidenti vətənpərvər, peşəkar, Moldova vətəndaşlarının rifahını diqqətdə saxlayan, korrupsiya ilə mübarizə aparmaqla siyasi, sosial, iqtisadi və digər sahələrdə ciddi islahatlar həyata keçirən lider olaraq səciyyələndirmişdir. Moldovada sabitliyə gedən yolun erkən parlament seçkilərinin keçirilməsi ilə tamamlandığını qeyd edən Q.Osmanov ölkəmiz tərəfindən Moldovaya sərmayə qoyuluşunun artırılması ilə bağlı vitse-spikerin fikirləri ilə razılaşdığını dilə gətirmiş, Moldovada sabitliyin bərqərar olmasından sonra Azərbaycanın sərmayəsinin əhəmiyyətli dərəcədə artacağına əmin olduğunu vurğulayıb.
Səfir 2020-ci ilin, eləcə də MAK üçün böyük dəyişikliklər ili olduğunu, idarəçilik estafetinin gənc nəslə ötürüldüyünü bildirmişdir. O, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin "Dəmir yumruğu" ətrafında birləşərək 44 günlük müharibə ərzində təbliğat işlərində uğurla iştirak etdiyi və pandemiya dövründə verdiyi dəstəyə görə diasporamıza təşəkkürünü bildirmişdir. Q.Osmanov vurğulamışdır ki, ölkəmizdən Moldovaya göndərilən humanitar yardımdan əlavə, diaspor təşkilatımız Moldovada sosial layihələr həyata keçirərək uşaq evlərinə, qocalar evlərinə, habelə çətin vəziyyətə düşmüş həmvətənlərinə yardım etmişdir.
Səfir MAK-ın Azərbaycan-Moldova münasibətlərinin vacib elementlərindən biri olduğunu qeyd etmiş, diaspor təşkilatımızın bundan sonrakı fəaliyyəti ilə stabil hakimiyyəti bərqərar olmuş Moldovanın inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirmişdir. O, ölkənin hakim partiyasının üzvü olan həmvətənimiz Zamir Qubadovun nümunəsində gələcəkdə daha çox azərbaycanlı gəncləri PAS və digər partiyalara üzv olmağa, qarşıdan gələn 2023-cü ildə bölgələrdə keçiriləcək seçkilərdə fəal iştirak etməyə səsləmişdir. Bu xüsusda, gənc həmyerlilərimizin Moldovanın ictimai-siyasi həyatında önəmli yerlər tutmağa müvəffəq olmasının ölkəmizin dəyərlərinin Moldova miqyasında təbliğinə xidmət edəcəyini bildirmişdir.
Tədbirdə öz növbəsində Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri Vera Petuhov çıxış edərək, çoxmillətli Moldova Respublikasında azərbaycanlı icmanın son bir ildə əldə etdiyi uğurlara və Moldovanın müxtəlif sahələrinə verdiyi tövhəyə görə minnətdarlığını bildirmiş, türk, rus, yəhudi, ukrayna, qaqauz, belarus və digər icma nümayəndələrinin tədbirdə iştirakının azərbaycanlı icmanın multikultural dəyərlərə sahib olduğunun göstəricisi olduğunu dilə gətirmişdir. O, ötən ildə MAK-da aparılan əsaslı islahatların bu gün uğurlu bəhrəsini gördüyünü qeyd edərək azərbaycanlı icmaya bundan sonrakı fəaliyyətində uğurlar arzu etmişdir.
Diaspor təşkilatımızın fəal üzvlərindən biri olan Maarif Rəhimov çıxış edərək, mədəniyyət beşiyi olan Şuşa şəhərinə, ermənilər tərəfindən misli görünməmiş dağıntılara məruz qalmış Füzuli şəhərinə səfərindən danışmış, azad edilmiş bölgələrimizdə aparılan tikinti, quruculuq və bərpa işlərinin şahidi olduğunu və bundan çox təsirləndiyini bildirmişdir. O, Şuşa səfərindən geri dönərkən özü ilə gətirdiyi torpağı MAK-ın sədri E.Bayramova, Azsərbaycan-Moldova dostluq münasibətlərinin simvolu olaraq azad olunmuş bölgələrimizdə dalğalandırdığı Moldova bayrağını isə MAK-a hədiyyə etmişdir.
Eyni zamanda, tədbirdə Moldovada yaşayan müxtəlif icma rəhbərləri çıxışlarında MAK-ın illik fəaliyyətini yüksək qiymətləndirmiş, MAK-ın istedadlı gənc üzvləri, vətənpərvər həmyerlilərimiz Zamir Qubadov, Ramiz Ənsərov, Yasin Seyidov, Allahverdi Xələfov və digərləri çıxış edərək, gələcəkdə daha da uğurlu işlər görməyə həvəsli olduqlarını bildirmişlər.
Tədbirin sonunda MAK tərəfindən bir il ərzində fəal və yorulmadan çalışan, MAK-ın fəaliyyətinə hər zaman dəstək göstərən həmvətənlərimiz fəxri diplomlarla təltif edilib.
Mia.az
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun