Sabiq icra başçısı DSK sədri təyin olunub

img

02-09-2021 [14:19]


Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvü Musa Musayev Dairə Seçki Komissiyasının sədri vəzifəsinə seçilib.

Məlumata görə, o, 20 saylı Nərimanov ikinici Dairə Seçki Komissiyasına rəhbərlik edəcək.

Musa Musayev açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, YAP-ın etimadını doğruldacaq.

Qeyd edək ki, Musa Musayev 2000-2005-ci illərdə Milli Məclisin deputatı, 2006-2010-cu illərdə isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı olub. Keçmiş deputat YAP-ın qurucu üzvlərindəndir/Qaynarinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR