Rəsul Quliyevdən biabırçı təkzib

img

09-02-2014 [12:21]


ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev mətbuatda onun adından yayılan xəbəri təkzib edib.

Həmin xəbərdə qeyd olunurdu ki, Rəsul Quliyev "Milli Şuranın AXCP-nin filialı olduğu artıq sirr deyil. Cəmil Həsənli yaxşı olardı ki, şələ-şüləsini yığışdırıb, Əli Kəriminin yanından uzaqlaşsın. Az-çox hörməti var idi, onu da Milli Şurada vurdu yerə..." deyə yazıb.

Hafta.az xəbər verir ki, sosial şəbəkədəki şəxsi səhifəsi vasitəsilə izləyicilərinə müraciət edən Rəsul Quliyev bu fikirlərin ona məxsus olmadığını bildirib:

"Cəmil Həsənli Əli Kərimlidən aralansa, yaxşı olar" başlıqlı yazı mənim qələmimdən çıxmayıb. Çünki onun harada olmasının heç bir əhəmiyyəti yoxdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA