Azərbaycan 1 sentyabr qadağasına hazırlaşır...
27-08-2021 [11:30]
Vaksin olunmaq üçün uzun növbələr yaranıb, “Mall”lar peyvənd pasportunu yoxlamağı mühafizəçilərə tapşırıb, kafe-restoranlar isə indidən “qan ağlayır” ki, qərar sərt karantinin bir növüdür...
Sovet dönəmində 1 sentyabr çox böyük həyəcanla gözlənilirdi. Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlər və məktəblilər hazırlıq görürdülər. Şagirdlər üçün çantalar, geyimlər, ayaqqabılar, dəftər-qələm, karandaş alınırdı, ailələr üçün xərc yükü olsa da, məktəblilərdə bir bayram sevinci olurdu.
İndi isə 1 sentyabr təqvimi bir başqa assosiyasiya yaradır. Çünki nə yeni tədris ili başlanır, nə bayram əhval-ruhiyyəsi var. Əksinə, ajiotaj, izdiham, növbələr, qaçaqaç müşahidə olunur. Səbəb bu tarixdən ölkə ərazisində bütün ticarət mərkəzlərinə, kafe-restoranlara giriş-çıxışın məhdudlaşdırılmasıdır.
Əgər kimsə COVID-19 vaksini olmasa, sözügedən obyektlərə daxil olması mümksünsüzləşəcək. Buna dolayısı ilə sərt karantinin bir metodu da demək olar. Çünki vaksin olmayan şəxs, demək olar, heç yerə girə bilməyəcək. Yalnız kiçik ticarət məntəqələrinə, məhəllə marketlərinə vaksin pasportu olmadan girişə icazə verilir. Hətta Daxili İşlər Nazirliyi avqustun 26-da məlumat yayıb ki, mülki geyimli polis əməkdaşları da xidmətə cəlb olunub. Yəni cərimə olunmaq istəməyən mütləq vaksin olmalıdır. Ona görə hazırda poliklinikalarda uzun növbələr yaranıb, onlayn növbə götürmək çətinləşib.
Eyni zamanda, şəhərdəki iri ticarət mərkəzləri, kafe-restoranlar də hazırlıq görməkdədirlər. Onlar özləri gələn müştəriləri yoxlamalıdırlar. Əgər vaksini olmayan şəxs içəri buraxılsa, həm sahibkar, həm müştəri cərimələnə bilər. Ticarət mərkəzləri girişdə mühafizəçilər tərəfindən vətəndaşların vaksin pasportu olub-olmadığını yoxlayacaqlar. Restoranlar da eyni qaydada giriş qapısında bir nəfər saxlamaqla müştərilərdən vaksin sənədi tələb edəcək. Ancaq kafe sahibləri deyirlər ki, vaksin pasportu tələbi onların işinə təsir edəcək. İstər-istəməz vaksin olmayanlar kafe-restoranlara getməyə risk etməyəcəklər.
Hazırda bu məhdudiyyətlərin olacağı səbəbdən peyvənd prosesində böyük ajiotaj yaşanır. Növbə gözləyən vətəndaşlar gözləməkdən giley-güzar edirlər, poliklinikalarda tibbi işçiləri isə axının olduğunu səbəb göstərirlər. Lakin heç də 1 sentyabra qədər bütün əhalini peyvəndləmək mümkün olmayacaq. Hətta deputat Rəşad Mahmudov da bildirmişdi ki, payıza qədər əhalinin 60 faizi belə vaksin olmayacaq. Bununla belə, insanlar tələsirlər, irəlidə cəmi 4-5 gün qalıb. Müşahidələrimizə əsasən, onu da söyləmək olar ki, insanlar arasında son günlər yoluxmaların kəskin artım dinamikasından qorxaraq açıq havada tibbi maska taxanların olduğunu görmək mümkündür. Halbuki açıq havada maska məcburiyyəti aradan qaldırılıb. Söhbətləşdiyimiz insanlar bunu risklə izah edirlər. Onların sözlərinə görə, açıq havada maska tələbi olmaya bilər, amma heç kəs zəmanət vermir ki, yanınan keçən şəxs virus daşıyıcısı deyil. O mənada qabaqlayıcı tədbir görürlər.
“Hazırda COVID-19 virusunun yeni dalğasının tam ortasındayıq. Koronavirus dalğaları başladığı müddətdən 2-3 həftə ərzində pik həddə çatır. 10 gün pik həddində davam etdikdən sonra yenidən düşüşə keçir”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov belə deyib. O əlavə edib ki, sentyabrın ortalarından müsbət epidemioloji rəqəmlərlə rastlaşmağa başlanılacaq. İcbari Tibbi Sığorta üzə Dövlət Agentliyindən isə bildirilib ki, bəzi vətəndaşların vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət etmələri sıxlığa səbəb olur. Məlumata görə, tibb müəssisələrinin əməkdaşları növbədən kənar müraciət edən şəxsləri hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar:
“Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, peyvənd olunmaq üçün sözügedən elektron xidmətdən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə müvafiq poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün köməklik göstərilir”.
Xatırladaq ki, Azərbaycanda ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda bildirilir ki, bu il sentyabrın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, bütün tibb və əczaçılıq müəssisələrinin və bütün elm və təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Prezidentin köməkçisi Şahmar Mövsümov açıqlayıb ki, koronavirusdan vəfat edənlərin 99 faizi peyvənd olunmayan şəxslərin payına düşür.//Yeni Müsavat
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib