Həbsdə olan sabiq icra başçısı şikayət verdi
26-08-2021 [11:14]
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib.
Mia.az APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum olunan sabiq icra başçısının vəkilləri apellyasiya şikayətini məhkəməyə təqdim ediblər.
Şikayətə yaxın günlərdə baxılacağı gözlənilir.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
Livanda məktəblər bağlandı - İsrailin hücumlaırna görə
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə olunub
Pakistanda komendat saatı elan olundu - Xameneini ölümünə görə
İsrail Livanı bombaladı: 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb
AAYDA-da "qaynayır" - Daha bir rəis haqqında yeni iddialar yayıldı
Hörmüz boğazı bağlandı: neft tankerləri dalanda sıxışdı - Neftin qiyməti son 14 ayın pik həddinə yüksəldi
İsrail daha bir ölkəni vurdu, əhaliyə "bölgəni təcili tərk edin" mesajı verdi - Minlərlə insan həyəcan içində qaçır (FOTO)
BƏƏ İrandakı səfirliyini qapatdı - Diplomatlar geri çağırıldı
ABŞ prezidenti: "Biz onları tezliklə dənizin dibinə batıracağıq"
CENTCOM-dan təkzib: "İran təyyarədaşıyan gəmini vurmayıb"
Pereiranın komandası uduzdu - 15 dəqiqəyə 3 qol vuruldu
ABŞ-dan etiraf: "İrana hücumda B-2-dən istifadə olunur"
Şəkidə 34 yaşlı qadın dəm qazından boğulub
Netanyahu "40 illik həsrət"dən söz açdı, İranı daha ağır zərbələrin gözlədiyini dedi: "Tehranı o vaxta qədər vuracağıq ki..."
Ərdoğan: "Xameneinin ölümündən kədərləndim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR