Səfir Qüdsi Osmanov Moldova parlament sədri ilə görüşüb - Nələr müzakirə olunub? (FOTOLAR)
25-08-2021 [16:45]
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkənin parlament sədri İqor Qrosu ilə görüşüb.
Səfirlikdən Mia.az-a verilən məlumata görə, görüşdə bu ölkənin siyasi həyatında yaranmış sabit vəziyyəti nəzərə alaraq, Azərbaycan və Moldova arasında müxtəlif sahələr üzrə əlaqələrin, xüsusilə parlamentlərarası münasibətlərinin müzakirəsi, 11 iyul erkən parlament seçkilərindən sonra yeni qurulan parlamentdə ölkəmizlə dostluq qrupunun formalaşdırılması və iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfər və görüşlərinin təşkili məsələsi və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.
İ.Qrosu, həmçinin Moldova Prezidenti Mayya Sandunun lideri olduğu hakim partiya – Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) sədridir və ölkə prezidentinə yaxınlığı ilə seçilir. Görüşdə Q.Osmanov erkən seçkilərdə PAS-ın qələbəsinə görə bir daha təbrikini bildirib, PAS-ın qələbəsi ilə Moldovada siyasi çəkişmələrə son qoyulması və sabit hakimiyyətin qurulmasının ölkələrimiz arasında münasibətlərin intensivləşməsinə və inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb. Səfir yeni sədrə azərbaylanlı həmkarı Sahibə Qafarovanın təbrikini və Moldovanın parlamenti ilə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu bildirib. O, Moldovanın qanunverici orqanında Azərbaycanla dostluq qrupunun formalaşdırılması məsələsini sorğu edib.
Təbrikə görə təşkkürünü bildirən İ.Qrosu müvafiq zamanda azərbaycanlı həmkarı ilə görüşmək arzusunu ifadə edib və cari ilin 21-22 oktyabr tarixində Afinada keçiriləcək Avropa Şurası üzv dövlətlərinin Parlament Rəhbərlərinin Avropa Konfransında (European Conference of Presidents of Parliament) görüşün təşkili imkanlarını maraqlanıb. Hazırda parlamentdə Azərbaycanla dostluq qrupunun yaradılması istiqamətdə işlər aparıldığını qeyd edən İ. Qrosu sentyabr ayında prosesin yekunlaşacağını bildirib. Ölkələrimiz arasında dost münasibətlərin olduğu bildirən sədr səfirin istər ötən illərdə Moldovada gərgin siyasi proseslər getdiyi vaxtda, istərsə də, PAS partiyasının seçkilərdə qələbəsindən sonra daim diqqət göstərməsini yüksək qiymətləndirib. Daha sonra, ölkəsindəki siyasi sabitliyin, xüsusilə işgüzar sahənin inkişafı üçün önəmli olduğunu qeyd edən İ.Qrosu həmsöhbəti ilə razılaşaraq bunun iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın genişlənməsinə imkan verəcəyini bildirib. Azərbaycanın enerji sahəsində uğurlarını qeyd edərək Moldovanın bu sahədə problemlərinin mövcudluğunu və ölkəmizlə xüsusilə, sözügedən sahədə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə parlamentlərarası münasibətlərdən əlavə, Q.Osmanov ölkəmizin sosial-siyasi sabitlik, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqisinə dair məlumat verərək 44 günlük müharibənin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qələbəsi ilə başa çatması, ermənilər tərəfindən dağıdılmış ərazilərimizin sürətli şəkildə bərpası, azad olunan rayonlarımızda xarici şirkətlərin fəaliyyəti, yeni yol və körpülərin tikintisi, infrastruktur imkanlarının yaradılması, xüsusilə Füzuli rayonunda beynəlxalq aeroportun tikilməsi və digər mühüm məqamları qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanlı sərmayədarların dünyanın bir sıra ölkələrində uğurlu fəaliyyətindən danışan səfir Moldovanın iqtisadiyyatında, xüsusilə kənd təsərrüfatı sahəsinin önəmli olduğunu nəzərə alaraq azərbaycanlı investorların bu sahədə fəaliyyətində geniş imkanlar olduğunu bildirib. Səfir Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyasının sonuncu iclasının 2012-ci ildə keçirilməsini nəzərə alaraq növbəti iclasın keçirilməsi üçün işlərin aparılmalı olduğunu qeyd edib.
Bundan əlavə, o, iki ölkə arasında hüquq-müqavilə bazasının yenilənməsi, aktuallığını itirmiş köhnə müqavilələrə yenidən baxılması və baxılmaqda olan sənəd layihələrinin imzalanması imkanlarını müzakirə edib.
Öz növbəsində, İ.Qrosu 44 günlük müharibəni narahatlıqla izlədiyini, Moldovanın da ərazi bütövlüyü ilə bağlı münaqişə problemi olduğunu və bu xüsusda, Azərbaycanın ərazi bütövlüyü məsələsində ölkəmizi və xalqımızı daim dəstəklədiyini bildirib. Azərbaycanın tolerant dəyərlərə malik ölkə olduğunu qeyd edən sədr ölkəmizdə 30 000 erməninin yaşamasının bunun sübutu olduğunu diqqətə çatdırıb.
Azad olunmuş bölgələrdə aparılan quruculuq və bərpa işlərindən xəbərdar olan sədr insanların rahat yaşayışı təmin edilməsi üçün inşa edilən “ağıllı kənd” konsepsiyasını maraqla vurğulayıb. O, ölkəmizin hakimiyyət nümayəndələri, rəhbər şəxsləri ilə əlaqələrin qurulmasında maraqlı olduğunu xüsusi qeyd edib. İ.Qrosu bunu sadalanan işlərin sürətli şəkildə icra edilməsində önəmli olduğunu bildirib. Moldovanın Qaqauziya Muxtar Ərazisinin Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən təhsil və mədəniyyət mərkəzinə görə ölkəmizə təşəkkürünü bildirib, mərkəzin açılışa hazır olduğunu dilə gətirib.
Eyni zamanda, sədr pandemiya zamanı ölkəmizin Moldovaya yardımını yüksək qiymətləndirib.
Görüşdə, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) sədri Elçin Bayramov da iştirak edib. O, MAK-ın fəaliyyətindən danışaraq, fəal azərbaycanlı gəncin PAS-a üzv olduğunu xatırladıb, gələcəkdə daha çox həmvətənlərimizin PAS-a üzv olmaq üçün maraq göstərdiyini bildirib. Bundan əlavə, E.Bayramov bu ilin sentyabrın 3-də paytaxt Kişineuda keçiriləcək Azərbaycan diasporunun fəaliyyətinə həsr edilən tədbirə İ.Qrosunu da dəvət edib.
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
Livanda məktəblər bağlandı - İsrailin hücumlaırna görə
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə olunub
Pakistanda komendat saatı elan olundu - Xameneini ölümünə görə
İsrail Livanı bombaladı: 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb
AAYDA-da "qaynayır" - Daha bir rəis haqqında yeni iddialar yayıldı
Hörmüz boğazı bağlandı: neft tankerləri dalanda sıxışdı - Neftin qiyməti son 14 ayın pik həddinə yüksəldi
İsrail daha bir ölkəni vurdu, əhaliyə "bölgəni təcili tərk edin" mesajı verdi - Minlərlə insan həyəcan içində qaçır (FOTO)
BƏƏ İrandakı səfirliyini qapatdı - Diplomatlar geri çağırıldı
ABŞ prezidenti: "Biz onları tezliklə dənizin dibinə batıracağıq"
CENTCOM-dan təkzib: "İran təyyarədaşıyan gəmini vurmayıb"
Pereiranın komandası uduzdu - 15 dəqiqəyə 3 qol vuruldu
ABŞ-dan etiraf: "İrana hücumda B-2-dən istifadə olunur"
Şəkidə 34 yaşlı qadın dəm qazından boğulub
Netanyahu "40 illik həsrət"dən söz açdı, İranı daha ağır zərbələrin gözlədiyini dedi: "Tehranı o vaxta qədər vuracağıq ki..."
Ərdoğan: "Xameneinin ölümündən kədərləndim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR