YAP-çı deputat: "Avropada bizi lağa qoyurlar, utanıram"
25-08-2021 [11:55]
"Xalqı cahil adlandırmaram. Mən də xalqın bir üzvüyəm. Deməli, əgər xalqa cahil deyirəmsə, mən də cahiləm. Çox təəssüf ki, fikirlərimi təhrif ediblər".
Mia.az xəbər verir ki, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Pravda.az-a açıqlamasında sosial şəbəkələrdə müzakirələrə səbəb olan fikirlərinə aydınlıq gətirib.
Deputat bildirib ki, o, ümumiyyətlə, elə xarakterli biri deyil ki, xalqı cahil adlandırsın: "Bütün gün dünyada, eləcə də Azərbaycanda televiziyalarda, mətbuatda təbliğat aparılır, rəsmi qurumların nümayəndələri, alimlər, həkimlər çıxış edərək vaksinasiyanın əhəmiyyətindən danışırlar. Lakin buna rəğmən bir qrup vətəndaş saxta yolla vaksin əldə edirlər. Mən bu davranışı “XXI əsrin cahilliyi” adlandırmışam. Elə şəxslər var ki, immuniteti güclüdür, virusa yoluxmur, yoluxsa da, yüngül keçirir. İmmun sisteminin güclü olduğuna arxayın olub peyvənddən imtina etmək doğru yanaşma deyil. Birinə silah sıx, bıçaqla, ya da virusa yoluxduraraq öldür - nə fərqi var?! Statistika da göstərir ki, hazırda koronavirusdan həyatını itirənlərin 99 faizi vaksinasiyadan keçməyənlərdir. Bundan dərs çıxara bilməyib saxta yollara əl atmaq cahillikdir. Fikirlərimi təhrif etdikləri üçün ayıb olsun.
Uzun illərdir ki, deputatam, xalq məni yaxşı tanıyır. Heç kimdən artıq deyiləm. Sadəcə, vətəndaşlar başa düşməlidir ki, COVID-19 qlobal problemdir. Burada söhbət fərdlərin deyil, xalqın həyatından gedir. Geniş müsahibə vermişəm. Kim kontekstdən çıxarıbsa, ayıb olsun. Utanıram, Avropa ölkələrindən olan millət vəkilləri mənə deyirlər ki, doğrudur ki, sizdə saxta vaksin pasportu verirlər, bəlkə gəlim mənə də düzəltsinlər?! Lağa qoyurlar. Ayıbdır, ölkəni bu cür biabr etmək olmaz”.
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
Livanda məktəblər bağlandı - İsrailin hücumlaırna görə
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə olunub
Pakistanda komendat saatı elan olundu - Xameneini ölümünə görə
İsrail Livanı bombaladı: 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb
AAYDA-da "qaynayır" - Daha bir rəis haqqında yeni iddialar yayıldı
Hörmüz boğazı bağlandı: neft tankerləri dalanda sıxışdı - Neftin qiyməti son 14 ayın pik həddinə yüksəldi
İsrail daha bir ölkəni vurdu, əhaliyə "bölgəni təcili tərk edin" mesajı verdi - Minlərlə insan həyəcan içində qaçır (FOTO)
BƏƏ İrandakı səfirliyini qapatdı - Diplomatlar geri çağırıldı
ABŞ prezidenti: "Biz onları tezliklə dənizin dibinə batıracağıq"
CENTCOM-dan təkzib: "İran təyyarədaşıyan gəmini vurmayıb"
Pereiranın komandası uduzdu - 15 dəqiqəyə 3 qol vuruldu
ABŞ-dan etiraf: "İrana hücumda B-2-dən istifadə olunur"
Şəkidə 34 yaşlı qadın dəm qazından boğulub
Netanyahu "40 illik həsrət"dən söz açdı, İranı daha ağır zərbələrin gözlədiyini dedi: "Tehranı o vaxta qədər vuracağıq ki..."
Ərdoğan: "Xameneinin ölümündən kədərləndim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR