Pərviz Həşimlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

img

06-02-2014 [22:28]


Həbsdə olan "Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin cinayət işi üzrə ibtidai istintaqın yekunlaşması vəkillərə elan olunub. APA-nın məlumatına görə, növbəti gündən vəkillər P. Həşimlinin cinayət işi üzrə materiallarla tanış olmağa başlayacaqlar.


Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
P. Həşimli barəsində Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA