Vüqar Rəhimzadə: "Bu, yeni reallıqlar yaratmaqla ölkəmizin qarşısında geniş imkanlar açır"
18-08-2021 [15:35]
"Azərbaycan xalqı 30 ilə yaxın işğal olunmuş torpaqlarımızın həsrəti ilə yaşadı. Dövlətimiz bu illər ərzində hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq məsələnin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh və danışıqlar yolu ilə həllinə səy göstərsə də, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti hər hansı bir müsbət nəticənin əldə olunmasına imkan vermədi. Ermənistanın növbəti hərbi təxribatları ilə başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi isə problemi kökündən həll edərək 30 ilin ədalətsizliyinə son qoydu, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edildi. Şübhə yoxdur ki, İkinci Qarabağ müharibəsi böyük Zəfərimiz kimi tarixdə əbədi qalacaq. Azərbaycanın şanlı Qələbəsi, Ermənistanın biabırçı kapitulyasiyası nəticəsində Kəlbəcər, Laçın və Ağdam rayonlarının hərbi əməliyyatlar aparılmadan işğalçılardan azad edilməsi isə müharibələr tarixində çox az təsadüf olunan unikal hadisələrdən biri kimi dünya tarixində yer alacaq".
Mia.az xəbər verir ki, bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Onun sözlərinə görə, İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfərləri çərçivəsində Kəlbəcərdə Dövlət bayrağının ucaldılması mərasimində Müzəffər Ali Baş Komandan bir daha döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusunun rəşadətindən geniş bəhs edərək bildirib ki, addımlarımızı elə atırdıq ki, bütün torpaqlar azad edilsin: "Çünki Ermənistanın məqsədi zəbt edilmiş bütün torpaqları əbədi işğal altında saxlamaq idi. Hesab edirdilər ki, bu siyasət onlara xeyir gətirəcək. Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyəcək. Ancaq bilmirdilər bütün Azərbaycan xalqı bir amalla yaşayır ki, işğala son qoyulsun, düşmən torpaqlarımızdan qovulsun və biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!".
Baş redaktor deyib ki, dövlət başçısının “Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!” bəyanatı Ermənistana, ona havadarlıq edən dövlətlərə, işğalçı ölkədə baş qaldıran revanşist qüvvələrə ciddi mesajdır: “Azərbaycan Prezidentinin nitqi qalib ordunun Ali Baş Komandanının çıxışı olmaqla yanaşı, həm də hazırkı hərbi-siyasi vəziyyətin qiymətləndirilməsi, Ermənistana və onun havadarlarına hədəfli mesajların ünvanlandırılması, əldə olunmuş uğurlu nəticələri və böyük perspektivləri özündə ehtiva etməsi ilə diqqət mərkəzindədir. Kəlbəcər, Laçın və Ağdam rayonlarının genişmiqyaslı döyüşlər, çoxsaylı itki olmadan azad edilməsi ölkə Prezidentinin diplomatik məharətinin, Azərbaycan Ordusunun gücünün, uğurlu hərbi əməliyyatlarının nəticəsidir".
V.Rəhimzadə qeyd edib ki, Kəlbəcər hərbi əməliyyatlar bitdikdən sonra boşaldılsa da, burada müharibənin taleyini həll edən döyüşlər olub: "Belə ki, müharibənin ilk günlərində Murov dağı və ətraf yerlərdəki strateji yüksəkliklərin azad olunması düşmənin hərəkətlərini məhdudlaşdırıb və onların Basarkeçər-Kəlbəcər yolundan istifadə etməsinə imkan verməyib. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar müharibənin taleyinin həll olunmasında böyük əhəmiyyət kəsb edib. Bir sözlə, İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir. Dövlət başçısı “Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmayıb” fikirlərini tarixə ekskurs edərək söyləmiş, Zəfərimizi son əsrlər torpaqlarını itirə-itirə gələn Azərbaycanın tarixində, İslam aləmində dönüş nöqtəsi olması kontekstində diqqətə çatdırmışdır. Müharibə ilə bağlı artıq kifayət qədər məlumatlar var. Dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda Vətən müharibəsi və ondan əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumatlar verilməlidir ki, gələcək nəsillər erməni vəhşiliyini unutmasınla".
“Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan rəşadətli Azərbaycan Ordusunun uğurları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, xalqına və torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması Qələbənin başlıca amilləri olmaqla Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilsə də, icra mexanizmi "unudulan" qətnamələrin yerinə yetirilməsini reallaşdırdı. Prezident İlham Əliyev məlum nitqində bu məqamlara xüsusi diqqət yönəldir", - o bildirib.
V.Rəhimzadə qeyd edib ki, ordumuzun hərbi əməliyyatlar nəticəsində qazandığı uğurlar faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımlara, siyasi, hərbi, ekoloji terrorlara cavabdır: “Bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Çünki otuz il ərzində ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Azərbaycan xalqı öz torpaqlarını müharibə yolu ilə azad edə bilməz. Azərbaycan Ordusu tarixi Qələbə ilə bu mifləri darmadağın etdi. “Yenilməz erməni ordusu” yalnız ermənilərin xəyallarında reallaşa bilər. 44 günlük Vətən müharibəsində erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü. Həmin hərbi texnika, silah-sursat tarixi Qələbəmizin dünyaya təqdimatı olan Zəfər paradında nümayiş etdirilməklə yanaşı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkında da ziyarətçilərə nümayiş etdirilir”.
Baş redaktor onu da vurğulayıb ki, işğaldan azad edilən Azərbaycan torpaqlarında ermənilərin törətdikləri barbarlıqları, vəhşilikləri, mülki əhaliyə qarşı qəddarlığı görən dünya ictimaiyyəti də təsdiqləyir: "Başqalarına nifrət hissi Ermənistanda olduğu kimi heç bir dövlətdə, millətdə yoxdur. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Qarabağ bizimdir. Qarabağ Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır. Şuşa və Laçının işğal altına düşməsi AXC-Müsavat cütlüyünün xəyanəti, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı. Kəlbəcər 1993-cü ilin aprelində işğal olundu. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə yaşananlar yaddaşlardadır. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması pik həddə çatmışdı. Silahlı Qüvvələrin torpaqların deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalını sürətləndirirdi. Ölkə Prezidentinin qeyd etdiyi kimi, torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətlərini qorumaq üçün Gəncəni bombalayırdılar”
"Müstəqilliyimizin ilk illəri çağdaş tariximizə faciələrlə dolu dövr, qara səhifə kimi yazılsa da, 1993-cü ildən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan dövr Azərbaycana tarixi Zəfəri yaşatdı. Bu gün bu Qələbəmiz yeni reallıqlar yaratmaqla ölkəmizin qarşısında geniş imkanlar açır", - baş redaktor bildirib.
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
Livanda məktəblər bağlandı - İsrailin hücumlaırna görə
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə olunub
Pakistanda komendat saatı elan olundu - Xameneini ölümünə görə
İsrail Livanı bombaladı: 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb
AAYDA-da "qaynayır" - Daha bir rəis haqqında yeni iddialar yayıldı
Hörmüz boğazı bağlandı: neft tankerləri dalanda sıxışdı - Neftin qiyməti son 14 ayın pik həddinə yüksəldi
İsrail daha bir ölkəni vurdu, əhaliyə "bölgəni təcili tərk edin" mesajı verdi - Minlərlə insan həyəcan içində qaçır (FOTO)
BƏƏ İrandakı səfirliyini qapatdı - Diplomatlar geri çağırıldı
ABŞ prezidenti: "Biz onları tezliklə dənizin dibinə batıracağıq"
CENTCOM-dan təkzib: "İran təyyarədaşıyan gəmini vurmayıb"
Pereiranın komandası uduzdu - 15 dəqiqəyə 3 qol vuruldu
ABŞ-dan etiraf: "İrana hücumda B-2-dən istifadə olunur"
Şəkidə 34 yaşlı qadın dəm qazından boğulub
Netanyahu "40 illik həsrət"dən söz açdı, İranı daha ağır zərbələrin gözlədiyini dedi: "Tehranı o vaxta qədər vuracağıq ki..."
Ərdoğan: "Xameneinin ölümündən kədərləndim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR