Deputat: "Genişmiqyaslı müharibə olmayacaq, amma..." - "Yaxşı olar ki, İsraildə səfirlik açaq"
16-08-2021 [12:07]
Mia.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Axar.az-a müsahibəsini təqdim edir:
- Qüdrət bəy, Əfqanıstanda baş verənlər barədə fikirlərinizi bilmək istərdik. Bu gün orada bizim 120-yə qədər əsgərimiz antiterror koalisiyası tərkibində xidmət keçir. Onların həyatına təhlükə artıbmı?
- 2020-ci ilin sonunda Milli Məclisdə Əfqanıstanda səfirliyimizin təsis olunması barədə qanun layihəsi müzakirə olunanda çıxış edərək bildirdim ki, Əfqanıstanda səfirlik açmaq diplomatlarımızın təhlükəsizliyi baxımından risklidir, amma hökumət bunu zəruri hesab edirsə, olsun. Yaxşı olar ki, bizə dost ölkə olan, müasir silahlar satan İsraildə səfirlik açaq. Bunu ona görə söyləmişdim ki, 2009-cu ildən başlayaraq Əfqanıstanda Taliban hərəkatı terror aktlarının sayını artırmağa və daha mütəşəkkil hərbi-siyasi qüvvə kimi çıxış etməyə başlamış və bəzi əraziləri öz nəzarətinə keçirməyə bacarmışdı. Artıq çoxları başa düşürdü ki, ABŞ-ın qurduğu işğal hökuməti süqut edəcək. Çünki ABŞ Əfqanıstanda icrası mümkün olmayan demokratik dövlət qurmaq vəzifəsini qarşısına qoymuşdu. Bir trilyon dollardan artıq vəsait xərcləsə də, buna nail olmaq mümkün olmadı.
Amerikalılar Lenin kimi anlamadılar ki, demokratik dövləti iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə qurmaq mümkündür. Əfqan cəmiyyətinin sosial-inkişaf səviyyəsi buna imkan vermir. Korrupsiyanın, xüsusilə rüşvətxorluğun məhkəmə sistemində geniş yayılması hökumətləri xalqın gözündən saldı, onların dəstəyindən məhrum etdi. İnsanlar gizli şəkildə hüquqlarının pozulması zamanı Talibanın şəriət məhkəmələrinə müraciət etməyə başladı.
Əfqan cəmiyyətində Talibana qalib gəlməyin tək yolu onlardan daha qəddar rejimin yaradılması ilə mümkün ola bilərdi. Rusiyada 1917-ci ildə bolşeviklər çar rejimindən daha qansız bir totalitar sistem yaratdıqları kimi. Bu günlərdə Pol Qoblun bir müsahibəsinə qulaq asdım. Deyir ki, bir dəfə Heydər Əliyevdən demokratik dövlət quruculuğu barədə soruşdum, cavabında Heydər Əliyev dedi ki, bunun üçün əvvəlcə həmin dövləti qurmaq lazımdı.
Təəssüf ki, ABŞ rəhbərliyi anlamamışdı ki, çoxluğun orta əsr qanunları ilə yaşamaq istədiyi cəmiyyətdə demokratik dövlət qurmaq mümkün deyil.
Əfqanıstanda xidmət keçən əsgərlərimizin təhlükəsizliyi hər birimizi ciddi narahat etməlidir. Bayden elan edəndə ki, 11 sentyabra qədər ABŞ öz qoşunlarını Əfqanıstandan çıxaracaq, bundan dərhal sonra parlamentdə çıxış edərək təcili hərbçilərimizi ordan çıxarmağa çağırdım. Təəssüf ki, bu, edilmədi.
ABŞ öz qoşunlarını çıxarmamışdan öncə müttəfiqlərə deməli idi ki, qoşunlarınızı çıxarın. Yalnız bundan sonra öz diplomatlarını və sonda əsgərlərini Əfqanıstandan çıxarmalı idi. Bayden qondarma “erməni soyqırımı” barədə açıqlama verəndə demişdim ki, qocalığın əlamətlərinin açıq sezildiyi bu şəxs dünya lideri olan bir ölkənin başçısı olmaq yükünün altına girməklə ABŞ və bütövlükdə bəşəriyyət üçün ciddi problemlər yaradacaq qərarlar qəbul edəcək. Onu da vurğulamışdım ki, vəziyyəti həm də o çətinləşdirir ki, vitse-prezident Kamala Harris də təcrübəli dövlət adamı deyil. Baydenin zəifliyi isə həm də təkcə yaşla bağlı deyil. O vitse-prezident olanda da xarakter nümayiş etdirə bilməmiş, heç bir uğurlu fəaliyyəti ilə yadda qalmamışdı. Hazırda düşünürəm təcili qardaş Pakistan Respublikasının liderləri ilə danışıb əsgərlərimizin oradan təhlükəsiz çıxarılmasını təmin etməliyik.
- Qüdrət bəy, Qarabağda vəziyyət hər keçən gün gərginləşir. Prezidentin “CNN Türk”ə verdiyi müsahibədən də bunu görmək mümkündür. Hadisələrin sonrakı gedişini necə görürsünüz?
- 44 günlük savaşda olduğu kimi genişmiqyaslı müharibə olmayacaq, amma ola bilsin DTX-nin və Müdafiə Nazirliyinin, yaxud DSX-nin xüsusi təyinatlıları hansısa əməliyyatlar keçirib yenə də təxribatlara yol verən erməni hərbçilərindən kimlərisə həbs etsinlər. Rusiya erməniləri silahlandıra bilər, amma bu, heç nəyi dəyişməyəcək, atəşkəs pozulsa, ermənilər həmin silahları atıb qaçacaq.
Erməni hərbçilərinin psixoloji reablitasiyası üçün uzun illər lazımdır. Vəziyyətin gərginləşməsi Rusiyanın separatçıları və revanşistləri dəstəkləməsi ilə əlaqədardır. Görünür onlar nədənsə narazıdırlar. Rusiya ilə danışıqları intensivləşdirmək lazımdır, çünki münaqişənin yenidən alovlanması onların da maraqlarına cavab vermir. Rusiyanın onsuz da çoxlu problemləri və kifayət edəcək qədər düşmənləri var. Biz Rusiyanı inandırmalıyıq ki, biz sizinlə səmimi dost olmaq istəyirik, eyni zamanda, hansı yolla olursa olsun Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edəcəyik.
Əgər Rusiya buna mane olmağa cəhd etsə, Azərbaycanın timsalında yeni bir düşmən dövlət qazanacağına əmin olmalıdır. Bu tipli siqnalları Rusiyaya qardaş Türkiyə də, Pakistan da göndərməlidir. Bir daha təkrarlayıram, əgər vəziyyət göründüyü kimidirsə, Ceyhun Bayramovun Türkiyəyə, Pakistana səfər etməsinə ciddi ehtiyac var.
- Qüdrət bəy, prezident çıxışında Türkiyə-Azərbaycan münasibətlərini pozmaq istəyən qüvvələrin olduğunu da vurğuladı, həmin qüvvələr nəyəsə nail ola bilərlərmi?
- Bəzi region dövlətləri, o cümlədən Rusiyada, Azərbaycanda, Türkiyədə Qərbin müəyyən dairələrinə bağlı, həmçinin ermənipərəst qüvvələr var ki, onlar bu üç ölkə arasındakı münasibətləri pozmaq üçün mümkün olan-olmayan hər şeyi edirlər. Rusiyayla bizi tarixi əlaqələr, həyati maraqlar və mənafelər bağlayır. Amma anlamırlar ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər siyasi deyil, qan birliyi, milli birlik, eyniyyət məsələsidir. Baxın, 44 günlük savaşda Türkiyə bizə hansı dəstəyi verdi, Türkiyədə meşə yanğınları zamanı bizim yanğınsöndürənlər alovla mübarizədə hansı peşəkarlığı göstərdi, necə şücaət və qəhrəmanlıq nümayiş etdirdi. Bunlar dostluq və qardaşlığımızın necə sarsılmaz olduğunun nümayişidir. Region dövlətləri bir-birini qısqanmamalı, bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə hörmət etməli, Azərbaycan Prezidentinin təklif etdiyi 3+3 formatında sıx əməkdaşlıq etməklə, regionun çiçəklənməsinə və sabitliyə töhfə verməlidirlər.
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq
İlham Əliyev Rusiya rəsmisini qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Ceyhun Səfərə "BakuBus”da vəzifə verilib
"Azəriqaz”ın 5 milyon manatdan artıq borcu var
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
Livanda məktəblər bağlandı - İsrailin hücumlaırna görə
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə olunub
Pakistanda komendat saatı elan olundu - Xameneini ölümünə görə
İsrail Livanı bombaladı: 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb
AAYDA-da "qaynayır" - Daha bir rəis haqqında yeni iddialar yayıldı
Hörmüz boğazı bağlandı: neft tankerləri dalanda sıxışdı - Neftin qiyməti son 14 ayın pik həddinə yüksəldi
İsrail daha bir ölkəni vurdu, əhaliyə "bölgəni təcili tərk edin" mesajı verdi - Minlərlə insan həyəcan içində qaçır (FOTO)
BƏƏ İrandakı səfirliyini qapatdı - Diplomatlar geri çağırıldı
ABŞ prezidenti: "Biz onları tezliklə dənizin dibinə batıracağıq"
CENTCOM-dan təkzib: "İran təyyarədaşıyan gəmini vurmayıb"
Pereiranın komandası uduzdu - 15 dəqiqəyə 3 qol vuruldu