Paşinyanın "sülh" mesajı və ya "Şoyqunun qılıncı"... - Rusiya və Ermənistan nəyi planlayır?
14-08-2021 [20:32]
Ermənistan regionda siyasi-psixoloji oyun oynamağa çalışır. Rəsmi İrəvan Azərbaycana qarşı hərbi təxribatları davam etdirir. Eyni zamanda, Rusiya ilə rəsmi Bakı arasında geopolitik ziddiyyətlər yaratmağa cəhd göstərir.
Hələlik bu cəhdlərin Paşinyan hakimiyyətinin planlarına uyğun situasiya yaratdığını iddia etmək mümkün deyil. Bununla belə, rəsmi İrəvan hər halda, regionda hərbi-siyasi situasiyanı müəyyən həddə qədər gərginləşdirməyə nail olduğu da inkaredilməz reallıqdır. Və rəsmi İrəvanın məkrli planlarının pozulmasının yeganə yolu Ermənistanın hərbi-siyasi avantüralarına adekvat cavab addımlarının atılması ola bilər.
![]()
Onu da qeyd edək ki, Ermənistanın yeni müdafiə naziri Araşak Karapetyanın tez-tələsik Moskvaya çağırılmasından sonra rəsmi İrəvanın davranışlarında müəyyən ziddiyyətli məqamlar müşahidə olunmağa başlayıb. Belə ki, bir tərəfdən hərbi təxribatlar, siyasi avantüralar eynilə davam etdirilir. Digər tərəfdən isə Ermənistanın baş naziri Nikol Paşinyan birdən-birə müəmmalı şəkildə "sülh danışıqları" ilə bağlı mesajlar verməyə başlayıb.
Məsələ ondadır ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın qayğısına qalmaq həvəsi ilə diqqəti çəkir. O, erməni həmkarı ilə görüşdə Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı ən önəmli strateji müttəfiqi adlandırıb. Halbuki həmin görüşə qədər rəsmi İrəvan Kremli açıq şəkildə şantaj edirdi, Rusiyanın müttəfiqliyini ABŞ və Fransanın himayəsi ilə əvəzləyə biləcəyini qabardırdı.
Rusiya müdafiə nazirinin erməni təəssübkeşliyi daha geniş himayə planını əhatə edir. Hər halda, S.Şoyqu bu planın detallarını erməni həmkarına simvolik xarakter daşıyan hədiyyəsi ilə açıqlamış oldu. O, erməni generala qılınc hədiyyə edərkən, "Ermənistana Rusiyadan silah təzhixatı artıq başlandı" deməklə, əslində, Kremlin Azərbaycanın düşməninə hərbi texnika hədəfə etmək qərarını bəyan etdi.
Belə anlaşılır ki, bu görüşdə "qılınc hədiyyəsi" Rusiyanın Ermənistana hərbi texnika bağışlama prosesinin açılış mərasiminin xarakterizə olunması anlamı daşıyır. Birincisi, rus müdafiə naziri buna hazırlıq getdiyini açıq şəkildə dilə gətirib. Digər tərəfdən, bu prosesi "hədiyyə" variantı kimi təqdim edib.
![]()
Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki Ermənistan müstəqilliyi dövründə Rusiyadan "silah hədiyyəsi" almağa onsuz da vərdişlidir. 44 günlük savaş dövründə də Ermənistan ordusunun hərbi arsenalında yalnız Rusiyanın son 30 ildə bağışladığı silah-sursat və hərbi texnika ilə müdafiə olunmağa çalışırdı.
Ancaq Ermənistan ordusu müdafiə oluna bilmədi. Rusiyanın hədiyyə etdiyi silah-sursat və hərbi texnika Ermənistana kömək etmədi. Azərbaycan ordusu öz yüksək döyüş qabiliyyəti və müasir hərbi texnikası ilə Ermənistan ordusunu da, Rusiya hərbi texnikasını da darmadağın etdi. Və davamlı reklam olunan Rusiya silahının əslində, müasir savaş texnologiyaları qarşısında aciz duruma düşəcək qədər yararsızlığını bütün dünyaya göstərdi.
Təbii ki, Azərbaycan ordusunun hərbi arsenalında da Rusiya silahları olmamış deyildi. Ermənistandan fərqli olaraq, Azərbaycan həmin rus hərbi texnikasını parasını ödəyərək, almışdı. Sonradan məlum oldu ki, rəsmi Bakınln alınmasına bir xeyli xərc çəkdiyi Rusiya hərbi texnikasının əhəmiyyətli hissəsi heç anbarlardan belə, çıxarılmayıb. Və Azərbaycan ordusu Türkiyədən, eləcə də, digər Qərb ölkələrdən aldığı ən müasir hərbi texnika ilə Rusiya silahlarına qalib gəlib.
Bütün bunları nəzərə aldıqda, Rusiyanın Ermənistana yenə silah-sursat və hərbi texnika hədiyyə etməsinin erməniləri məmnun etməsini anlamaq bir qədər çətindir. Çünki, Kreml Ermənistana özünün bahalı və müasir silah növlərini bağışlamaq niyyətində deyil. Ən yaxşı halda, Ermənistana Rusiya ordusunda son 40-50 ildə istismar olunmuş, istifadə müddətini bitirmiş hərbi texnikasını göndərəcək. Yəni, Rusiya əslində, tullantı keyfiyyəti daşıyan, yararsız köhnə hərbi texnikadan ordusunu təmizləyir. Ermənistan ordusundan isə bu təmizləmə prosesində "hərbi zibillik" kimi istifadə edir.
![]()
Rəsmi İrəvan növbəti savaş başlayacağı təqdirdə, buna bir daha tamamilə əmin olacaq. Çünki Azərbaycan da öz ordusunun hərbi texnika təchizatını yenidən gücləndirir. Ancaq rəsmi Bakı Ermənistandan fərqli olaraq, Rusiyadan müftə köhnə hərbi texnika almır. Əksinə, Azərbaycan ordusu üçün inkişaf etmiş Qərb ölkələrindən bahalı və ən müasir hərbi texnika alınır. Bu barədə İsrail mətbuatında artıq müəyyən məlumatlar yer almağa başlayıb.
Bütün bunlar o deməkdir ki, növbəti savaşda da Ermənistan ordusu Azərbaycanın müasir hərbi texnikası altında əzilib, darmadağın olunacaq. Çünki köhnəlmiş, ona görə də sadəcə, hədiyyə olunan hərbi texnika ilə müasir savaş texnologiyaları qarşısında duruş gətirmək mümkün deyil. Üstəlik, yeni silahlar almağa pulu olmayan Ermənistanın problemləri yalnız Rusiyanın köhnəlmiş hərbi texnikasına möhtac qalması ilə məhdudlaşmır.
Məsələ ondadır ki, Ermənistanın hələ Rusiyanın hədiyyə edəcəyi köhnə silahları istifadə edəcək normal ordusu belə, yoxdur. Rusiyanın Ermənistana 30 ilə qurub, silahlandırdığı ordunu Azərbaycan cəmisi 44 gün ərzində darmadağın edib. Və indi Rusiya müdafiə naziri S.Şoyqu erməni həmkarına Ermənistan ordusunu rekonstruksiya edəcəyi ilə bağlı vəd verib.
Əlbəttə, Rusiya müdafiə nazirinin bu vədinin Kremlin üçtərəfli anlaşmaların icrasına qarantorluq rolu ilə uyuşmadığını da vurğulamaq məntiqli olardı. Çünki Kreml münaqişə tərəflərindən birinə hərbi dəstək verməklə, neytrallığını böyük ölçüdə itirmiş olur. Halbuki indiki halda, bütün bunları sadalamağa qətiyyən ehtiyac yoxdur.
![]()
Məsələ ondadır ki, Rusiya müdafiə naziri Ermənistana yenidən ordu qurub, onu köhnə rus hərbi texnikası ilə silahlandırsa da elə bir ciddi fərq olmayacaq. Çünki S.Şoyqunun yeni erməni ordusu da artıq darmadağın edilmiş əvvəlki erməni ordusunun taleyini təkrarlayacaq.
Hər halda, S.Şoyqunun Ermənistana bağışlayacağı köhnə rus silahları kimi, onun qədim savaş texnologiyalarını simvolizə edən qılıncı Azərbaycan ordusunun müasir hərbi texnikası və yüksək döyüş qabiliyyəti qarşısında uzun müddət davam gətirə bilməz. Yəni Rusiya Ermənistana ordu qurub, öz köhnə hərbi texnikası ilə növbəti dəfə silahlandıracaq, Azərbaycan isə ilk silahlı toqquşmada onu yenə də darmadağın edəcək.
Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyan deyəsən, bu reallığı anlamamış deyil. Belə ki, erməni generalın Moskvada rus həmkarı S.Şoyqudan qılınc hədiyyəsi almasından sonra baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistanın yeni ordu qurmaq niyyəti qonşu ölkələrə qarşı yönəlməyib: "Ermənistana yeni ordu suverenliyin və ərazi bütövlüyünün qorunması üçün vacibdir".
Göründüyü kimi, Paşinyan hakimiyyəti "Şoyqunun qılıncı" ilə silahlanacaq Ermənistan ordusunun mənasız "erməni xəyalları"nın reallaşdırılmasına uyğun olmayacağını elə indidən anlayır. Ona görə də, qonşu ölkələri, daha dəqiq desək, Azərbaycanı bu məsələ ucbatından qıcıqlanmasını da istəmir. Hər halda, Azərbaycanın hərbi-siyasi potensialının Ermənistan üçün nə qədər təhlükəli olduğunu Paşinyan hakimiyyəti hamıdan daha yaxşı bilir.
Elçin XALİDBƏYLİ,
"Yeni Müsavat"
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun