“Müdafiə Xətti” insan haqları ilə bağlı hesabat yaydı, Zahir Oruc qarşı tərəfi görüşə çağırdı: "Azərbaycana təzyiq üçün əsaslar verməyək"
14-08-2021 [18:53]
“Müdafiə Xətti” adlı insan haqları təşkilatı 2021-ci ilin iyul ayında Azərbaycanda “insan hüquqlarının vəziyyətinə dair hesabat” yayıb.
“Turan”ın xəbərində deyilir ki, sənəddə iyul ayı “Azərbaycanda insan hüquq və azadlıqları sahəsində daxili və beynəlxalq qanunvericiliyin kobud şəkildə pozulması ilə yadda qalıb”.
“Müdafiə Xətti” hesab edir ki, ay ərzində və ümumiyyətlə, cəzaçəkmə müəssisələrində məhkumlara qarşı pis rəftar halları adi xarakter daşıyır və bu, onu deməyə əsas verir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi daşımır.
Qurum hesab edir ki, Azərbaycanda vətəndaşların sərbəst formada toplaşıb özlərini ifadə etməsinə əngəllər var, pandemiya dövründə bu, tam qadağan edilib. Buna misal olaraq isə avqust ayında heyvansevər aktivistlər sahibsiz itlərin öldürülməsinə və feministlərin qadın qətllərinin çoxalmasına etiraz olaraq keçirdiyi dinc aksiyaların qarşısı alınıb, bir neçə nəfər saxlanılıb.
“Müdafiə Xətti” sosial şəbəkələrdə paylaşımlara görə vətəndaşların polis şöbələrinə çağırıldığını, tənqidi postların silinməsinin tələb olunduğunu da iddia edib.
“Müdafiə Xətti” hesab edir ki, dindarlara qarşı hökumət dairələri dözümsüz münasibət sərgiləyir, onlar hakimiyyətin siyasətini tənqid etdiklərinə görə saxta ittihamlar əsasında azadlıqdan məhrum edilirlər. Dini mərasimlərin yerinə yetirilməsi bəzi hallarda sərbəst deyil.
Qeyd edək ki, təşkilat ötən ilin iyulunda Azərbaycanda bir qrup hüquqşünas və ictimai fəal tərəfindən yaradılıb. Təşkilatın təsisçiləri keçmiş müstəntiq, siyasi məhbus kimi tanınan Rüfət Səfərov, hüquqşünas Rəşid Hacılı, keçmiş vəkil Əlayif Həsənov, ictimai fəallar Zəfər Əhmədov, Sayğın Rüstəmli, Zaur Əkbər və jurnalist Təzəxan Mirələmlidir.
Hazırda Rüfət Səfərov “Müdafiə Xətti”nin icraçı direktorudur. Təşkilat özünün məqsəd və vəzifəsinin, Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsi kimi qeyd edir. Bildirilir ki, “Müdafiə Xətti”nin hədəfi habelə Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, hakimiyyət bölgüsünün təmin edilməsi, hökumətin hesabatlılığı və şəffaflığın təmin olunması, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, vətəndaş fəallığının yüksəldilməsi yolu ilə bütünlükdə demokratiyanın inkişaf etdirilməsidir.
Təşkilatın qabartdığı problemlərin obyektivliyinə və hökumətin bu məsələlərə münasibətinə, dialoq formatında sərgilədiyi fəaliyyətə gəlincə, deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bildirib ki, bu məsələdə problemləri ortaya qoymaqla yanaşı, dövlətlə dialoqun qurulması, əməkdaşlığın edilməsi də vacibdir: “Azərbaycanda insan haqları üzrə ixtisaslaşmağa çalışan müxtəlif qeyri-hökumət təşkilatları mövcuddur. Onların bir qismi ayrı-ayrı illərdə hakimiyyətlə özünü bir qarşıdurma tərəfinə çevirərək apardığı mübarizəyə müəyyən siyasi rəng qazandırıblar. Xüsusən də hüquqları hüquq-mühafizə orqanları tərəfindən yüksək səviyyədə təmin olunan adlara deyil, məhz problemli nöqtələrə diqqət yetirirlər. Bu şəraitdə cəzaçəkmə müəssisələrində olan vəziyyətlə bağlı məlumatların birtərəfli qaydada dərc olunması belə bir mənzərə yarada bilərdi ki, ümumiyyətlə, penitensiar sistemdə, bütün həbsxanalarda qeyri-insani şərait mövcuddur. Halbuki müxtəlif zamanlarda həmin sahədə ixtisaslaşan müxtəlif qurumlar monitorinqlər aparıblar. Ədliyyə Nazirliyi yanında müəyyən İctimai Şura nəzarət göstərir, vaxtaşırı hesabatlar dərc olunur. Bununla yanaşı, Avropa Şurası və digər təşkilatlarının nümayəndələri mütəmadi baxış keçirirlər. Halbuki normal ölkələrdə Azərbaycan nümayəndələri qətiyyən gedib bir həbsxanaya yaxın düşə bilməzlər. Xüsusi missiyaların belə bu imkanları yoxdur”.
Dindarlar və sosial media mənsubları ilə bağlı məsələyə gəlincə, Z.Oruc bildirdi ki, burada xüsusi məqamlara diqqət yetirmək lazımdır: “Beynəlxalq praktikada da belə hallar mövcuddur ki, əgər ölkə əleyhinə fəaliyyətlə bağlı, həmçinin konstitusiya quruluşunun ləğvi ilə bağlı çağırışlar, dövlət adamlarına qarşı aşırı dərəcədə təhqir , əksər hallarda kriminal olaylara çağırış, ən qəddar cinayət əməllərinin törədilməsi ilə bağlı irəli sürülən müxtəlif mövqeləri əks etdirən mesajlar öz-özlüyündə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edir. Onların müəyyən danışıqlardan, söhbətlərdən sonra buraxıldığının da şahidi olmuşuq. Ancaq digər şəraitlərdə sosial media məkanında müxtəlif mövqelər, normal şəkildə izah olunan düşüncələr, rəylər, şərhlər geniş bir şəkildə verilməkdə davam edir. Buna kütləvi olaraq müdaxilə etmək həddindən artıq çətindir. Baxmayaraq ki, bir neçə ölkədə sosial şəbəkələrlə bağlı hüquqi baxımdan normativ bazanın yaradılması istiqamətində geniş fəaliyyətləri mövcuddur. Almaniyada, o cümlədən Türkiyə də bu özünü göstərməkdədir. Bu səbəbdən vətəndaşların virtual məkanda fəaliyyətinin məhdudlaşdırılması və ya ona görə kütləvi cəza verilməsi ilə bağlı irəli sürülən iddialar yanlışdır”.
Deputat sözügedən təşkilatları dialoqa çağıraraq, problemlərin sərhədlər daxilində həllinə, beynəlxalq qurumların əlinə Azərbaycana təzyiq üçün əsaslar verməməyə çağırdı: “İnsan haqları məsələsi ki beynəlxalq qurumlar tərəfindən həmişə həssaslıqla qarşılanır və Azərbaycan dövləti ilə münasibətlərdə həmişə öndə tutulur, bu bir sıra hallarda bizim vətəndaşımızın qayğısına qalmaq, onu qorumaq hissindən daha çox, beynəlxalq təzyiqin alətinə çevirməyə cəhddən doğur. Belə olan şəraitdə Prezident Administrasiyası, Prezidentin köməkçisi Hikmət Hacıyev tərəfindən qeyri-hökümət təşkilatlarının ən müxtəlif spektri əhatə edən təmsilçiləri ilə görüşlər keçirilib. O cümlədən insan haqları təmsilçiləri ilə də üç görüş aparıldı. Mən ad çəkmək istəmirəm, ancaq bu görüşlərdə hüquqi problemlər, pozuntular, qanunvericilik bazasındakı müxtəlif problemlər müzakirə olundu, bu istiqamətdə dəyişikliklər, yeni addımlar, hüquqi islahatlarla bağlı atılacaq addımlar ətrafında xeyli fikirlər formalaşdı. İnsan haqları ilə bağlı məsələ o qədər çoxşaxəlidir ki, orada müxtəlif səbəblərdən hüquq pozuntuları baş verə bilər. Qətiyyən kimdəsə bunun əksi ilə bağlı bir iddia mövcud deyil, amma bunu dövlət və ya hökumətin yürütdüyü siyasətin nəticəsi olaraq təqdim etmək çox yanlışdır. Bəzən hər hansı bir siyasi mövqeyi bilinməyən insanlarla bağlı məsələnin ətrafında çox ciddi siyasiləşmə baş verir. İnformasiya propoqandası aparılır. Bunlar başa düşüləndir. Çünki bir sıra beynəlxalq qurumlar donor mənbəyi rolunda çıxış edərkən, məhz bu məsələləri nəzərə alırlar. Donor təşkilatlarla yaxından əməkdaşlıq edən qüvvələrin demək olar ki, böyük əksəriyyəti bu vasitə ilə siyasi fəaliyyət aparırlar. Bunu açıq elan etmirlər. Biz istər ”Müdafiə Xətti" olsun, istər digər qurumlar, dialoq aparmağa, onların qaldırdığı məsələlərin geniş şəkildə izlənməsinə, araşdırılmasına və obyektiv məlumatların verilməsinə hazırıq".
Z.Oruc vurğuladı ki, Azərbaycan hakimiyyəti qəti şəkildə əməkdaşlıq əlini geri çəkmir, əksinə, yeni bir münasibətlər sisteminin qurulmasına can atdığını göstərir, qarşı tərəfdən də bunu görmək istəyir: “Bu, problemlərin ölkəmizin sərhədləri xaricinə çıxmadan həll edilməsi üçün vacibdir. Həmçinin hesabatda adıçəkilən adamların vəziyyəti ilə bağlı məsələlərə də müsbət təsir edir. Əks halda, hakimiyyəti, hüquq-mühafizə orqanlarını daim ictimai təzyiqin və informasiya propoqandasının hədəfində saxlamaq sanki o adamların problemlərini bir qədər də dərinləşdirməyə gətirib çıxarır. Qətiyyən belə bir mövqe ilə çıxış etmirik ki, onların qaldırdığı bütün məsələlər yanlışdır, əsla. Əgər dedikləri məsələlərdə ciddi problemlər mövcuddursa, bütün bunları müzakirə etməyə hazırıq”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq
İlham Əliyev Rusiya rəsmisini qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Ceyhun Səfərə "BakuBus”da vəzifə verilib
"Azəriqaz”ın 5 milyon manatdan artıq borcu var
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
Livanda məktəblər bağlandı - İsrailin hücumlaırna görə
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə olunub
Pakistanda komendat saatı elan olundu - Xameneini ölümünə görə
İsrail Livanı bombaladı: 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb
AAYDA-da "qaynayır" - Daha bir rəis haqqında yeni iddialar yayıldı
Hörmüz boğazı bağlandı: neft tankerləri dalanda sıxışdı - Neftin qiyməti son 14 ayın pik həddinə yüksəldi
İsrail daha bir ölkəni vurdu, əhaliyə "bölgəni təcili tərk edin" mesajı verdi - Minlərlə insan həyəcan içində qaçır (FOTO)
BƏƏ İrandakı səfirliyini qapatdı - Diplomatlar geri çağırıldı
ABŞ prezidenti: "Biz onları tezliklə dənizin dibinə batıracağıq"
CENTCOM-dan təkzib: "İran təyyarədaşıyan gəmini vurmayıb"
Pereiranın komandası uduzdu - 15 dəqiqəyə 3 qol vuruldu