Hafiz Hacıyevdən Qərbi azərbaycanlıların qərarına etiraz

img

05-02-2014 [13:47]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurası ilə MMP İdarə Heyətinin üzvləri görüş keçirmişlər.

Görüşdə MMP sədri Hafiz Hacıyev de iştirak edib.Toplantıda müzakirə olunan əsas məsələlər son günlər dünyada və ölkədə baş verən hadisələr olub. Son günlər olkədə siyasi gündəmin gərginləşdiyini qeyd edən toplantı iştirakçıları yaranmış hər hansı situasiyada Qərbi azərbaycanlıların tutacağı mövqeni müzakirə ediblər. Bundan sonra keçmiş Səhiyye naziri Əli İnsanova qarşı Bakı Apelasiya Məhkəməsinde edilmiş haqsızlığın pikk heddə çatmasından söz açıblar. Onlar bunun üçün Qerbi Azərbaycanlıların birlik olub onu müdafiəyə qalxmağın vaxtı çatdığını vurğulayıblar.Məsələni müzakirəsini toplantının gündəliyinə salmaq təklif edilib.MMP sədri bunun hələlik məqamı olmadığını vurğulasa da QAƏŞ-nın üzvləri məsələnin gündəliyə salınmasına nail olublar. Məsələ müzakirəyə çıxarılıb . Hafiz Hacıyevdən bu işdə bir siyasi lider kimi və QAƏŞ-nın İdarə Heyətinin üzvü kimi dəstək istəyiblər.Etirazın formatı müzakirə edilərkən Hafiz Hacıyevə telefon zəngi gəlib və o məclisi yarımçıq tərk edib.Toplantı iştirakşıları da məsələnin müzakirəsini yarımçıq kəsib başqa bir tarixə keçiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA