Rövnəq Abdullayev yeni vitse-prezidentləri kollektivə təqdim etdi - FOTOLAR
12-08-2021 [15:27]
Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamlarla şirkətin vitse-prezidentləri təyin olunmuş Kənan Təhməz oğlu Nəcəfovu və Zaur Aydın oğlu Qurbanovu kollektivə təqdim edib.
Mia.az SOCAR-a istinadən xəbər verir ki, yeni vitse-prezidentlərin hər birinin əmək fəaliyyəti haqqında geniş məlumat verən R.Abdullayev onların Azərbaycan neft sənayesi ilə uzun müddət əlaqəli fəaliyyətdə olduqlarını söyləyib, qeyd edib ki, K.Nəcəfov BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə çalışıb, həmçinin Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifələrini icra edib və yaxşı təcrübə qazanıb.
Z.Qurbanovun bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqinin direktor müavini vəzifəsində çalışdığını bildirən SOCAR prezidenti onun daha öncə müxtəlif beynəlxalq şirkətlərdə və sonralar “Ernst & Young” beynəlxalq audit şirkətinin Azərbaycandakı nümayəndəliyində vergi direktoru kimi fəaliyyət göstərdiyini, 10 ilə yaxın bir dövrdə SOCAR-ın auditinin həyata keçirilməsində yaxından iştirak etdiyini vurğulayıb.
R.Abdullayev yeni təyin olunmuş vitse-prezidentləri təbrik edərək, onların qarşısında mühüm vəzifələr dayandığını qeyd edib və bu vəzifələrin icrasında onlara müvəffəqiyyətlər arzulayıb.
SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan neft-qaz sənayesinin zəngin tarixindən, şanlı ənənələrindən və müstəqillik illərində qazandığı böyük uğurlardan danışıb, yeni təyin olunmuş vitse-prezidentlərə işlərində uğurlar arzulayıb, onlara bəslənən inam və etimadı öz işləri ilə doğruldacaqlarına əminliyini ifadə edib.
Daha sonra SOCAR-ın vitse-prezidentləri K.Nəcəfov və Z.Qurbanov layiq görüldükləri yüksək etimada görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildirib və göstərilən etimadı doğrultmaq üçün əzmlə çalışacaqlarını söyləyiblər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramil Səfərovun həyat yoldaşı müşavir vəzifəsindən ayrıldı
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri istefa verib
"Qarabağ" - "Ferentsvaroş" oyununa 30 minə yaxın bilet satılıb
Röya Ayxanın şikayət etdi, "lent.az”ın instagram səhifəsi bloklandı - Mətbuat Şurası hansı addımı atmağa hazırlaşır?
Politoloq niyə “xarici agent”lər siyahısına salındı? - İddia
Azərbaycanlı tələbə Türkiyədə saxlanılıb - Deport olunacaq
İradə Muradova Yasamalda öldürülüb (Yenilənib)
Günel Gözəlova yeni vəzifəyə təyin olundu
Məşhur kriminal Azərbaycandan ölkəsinə göndərildi
Füzulidə yanğın törədən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
“qemgin_20” adlı səhifənin sahibi saxlanıldı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zelenski: "Rusiya Putinlə görüşün qarşısını almaq üçün hər şeyi edir" - "ABŞ-dan güclü siqnal alırıq"
Tramp: "Bu məsələ bir az neft və sirkəyə bənzəyir"
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
Ağdarədə dağlıq ərazidəki yanğın söndürülüb - VİDEO
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
Türkiyədə daha bir zəlzələ oldu - 4.3 bal gücündə
ƏLİYEV, BERDİMƏHƏMMƏDOV və MİRZİYOYEV BİR ARAYA GƏLDİ: yeni sənədlər imzalandı - Türkmənistanda + FOTOLAR (Yenilənib)
Qəzzada ölənlərin sayı 62263 nəfərə yüksəldi
Əli Əsədov Vanq Lijun ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Kolleclərə qeydiyyat tarixi uzadılıb
“Risalət Travel”in yaradıcı Rasim Şahbazov qandallandı
Əliyev "Bölgədə yeni, əməkdaşlıq formatı yaradılır" dedi, Özbəkistan lideri yeni təkliflər verdi: Xəzər və Zəngəzurda...
Türkiyədə reper güllələndi - Konsertdə+ VİDEO
QARABAĞA SƏFƏR: daha bir icazə imkanı yaradıldı
Polis əməliyyatı: saxlanılanlar var
Deputat: "Kimlərsə mənim adımdan provokativ məlumatlar yayır" - Məlahət İbrahimqızı "pensiya xəbəri"ni təkzib etdi
QARABAĞA KÖÇ: daha bir kəndə 252 nəfər köçürüldü
BMT Qəzzada tam aclıq vəziyyəti elan edib: "Bu, dünya üçün utancdır"
“Hər şeyimizə həbs qoyublar" - Şərurlu İsfəndiyar kimə minnət qoyur?
Vəzifəli şəxsə 8 günlük həbs cəzası verildi
İran hava məkanının bir hissəsini qapatdı
"Lids Yunayted" Noa Okaforla müqavilə imzaladı
"Gençlerbirliği" malili hücumçunu icarəyə götürüb
Abşeronda boya zavodunda yanğın... - Açıqlamalar (Yenilənib)
Yeni rəis gəldi, xidmət rəisinin müavini yola salındı - Dəyişiklik
Avropa İttifaqı Nümayəndəliyi Azərbaycandakı səfirlə vidalaşıb
Taylan Antalyalı "Rizespor"a transfer olub