Ərdoğan Xəzər İbrahimi qəbul edib - FOTO

img

12-08-2021 [13:22]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə diplomatik fəaliyyəti başa çatan Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimi qəbul edib.

X.İbrahim bu barədə tviter səhifəsində paylaşım edib.

“Qardaş Türkiyədə Azərbaycanın səfiri olaraq işlədiyim dönəmdə hər zaman dəstəyinizi və diqqətinizi hiss etdim. Türkiyədən ayrılmadan öncə də məni qəbul etdiyiniz üçün təşəkkür edirəm, Cənab Prezident!”, - deyə X.İbrahim qeyd edib.

Qeyd edək ki, X.İbrahim Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA