Əli İnsanov yaxın günlərdə həbsdən azad ediləcək

img

05-02-2014 [01:28]


Həbsdə olan keçmiş Səhiyyə naziri Əli İnsanov yaxın günlərdə həbsdən azad ediləcək. Bu barədə "Axar.az”ı məlumatlandıran mənbənin sözlərinə görə, keçmiş nazir yeni media şirkətin qurulması barədə artıq öz adamlarına göstəriş də verib.

Bildirilir ki, keçmiş nazirin media şirkətində xəbər saytı ilə bərabər, qəzetin də buraxılması nəzərdə tutulub. Keçmiş nazir həmçinin gənclərin fəaliyyəti üçün mərkəzin təsis edilməsi göstərişini də verib. Bu mərkəzdə müxtəlif dərnəklər və xarici dillərdə hazırlıq kurslarının təşkil edilməsi planlaşdırılır.

Məlumatda deyilir ki, bu məqsədlə "Gənclik” metrosu yaxınlığında bir villa icarəyə götürülüb. Həm media şirkəti, həm də gənclər mərkəzi həmin villada fəaliyyət göstərəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA