Siyasi məhbuslar buraxılacaq - Hüquq müdafiəçiləri Prezidentin köməkçisi ilə görüşüb +FOTO

img

06-08-2021 [18:28]


Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənəniyarlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.

Mia.az-ın məlumatına görə, görüşlə bağlı N.Cəfəroğlu “Turan”a deyib ki, Prezidentin köməkçisi ilə görüşdə QHT sektorunda problemlər diqqət mərkəzində olub: “Biz QHT-lərin indiki çətin durumu, gələcək fəaliyyəti və donorlarla bağlı məsələləri qaldırdıq. Hacıyev bildirdi ki, QHT-lərlə və donorlarla bağlı məsələlər həllini tapacaq”.

Hüquq müdafiəçiləri QHT-lərin hüquq-mühafizə orqanları ilə birgə monitorinqlərin aparılması, əhalinin maarifləndirilməsində QHT-lərin rolunun artırılması, qadınlara qarşı zorakılıqlarla və narkotiklərlə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məsələlərini də diqqətə çatdırıb. 

Hüquq müdafiəçiləri həmçinin siyasi məhbus kimi tanıdıqları 38 nəfərin siyahısını Prezidentin köməkçisinə təqdim ediblər.

O, bu istiqamətdə addımlar atılacağını dedi”,- deyə Cəfəroğlu qeyd edib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR