DEPUTATLA İQTİSADÇI SOSİAL ŞƏBƏKƏDƏ "ATIŞDI": "Özünüz qaça-qaça məni axtaracaqsız..." - FAKTLAR
06-08-2021 [12:03]
Deputat, biznesmen Elnur Allahverdiyevin parlament üzvlərinə tənqidlərlə bağlı açıqlamaları cəmiyyətdə müzakirələrlə yanaşı, ona xeyli sualların ünvanlanmasına da rəvac verib.
Mia.az xəbər verir ki, tanınmış iqtisadçı-ekspert Qulu İbrahimlinin isə deputatın ali təhsili ilə bağlı sualı tərəflər arasında maraqlı "atışma"ya səbəb olub.

Qulu İBRAHİMLİ
Qulu İbrahimli sosial şəbəkədəki hesabında "Sosial şəbəkə fəalı və deputatlığa keçmiş namizəd olaraq Qulu İbrahimli deyir ki, Dövlət İmtahan Mərkəzinə (keçmiş TQDK) rəsmi sorğu ilə müraciət edərəm və Elnur Allahverdiyevin 1995-ci ildə Elşad Abdullayevin San-Marino Universitetinin hüquq fakultəsinə TQDK xətti ilə qəbul olunan tələbələrin siyahısında adının olub-olmadığına cavab istəyərəm. Hətta bir neçə sosial şəbəkə fəalını və deputatlığa keçmiş namizədi götürüb Dövlət İmtahan Mərkəzinin qarşısında durub cavabı gözləyərik. Bütün ölkə bilir ki, 95-ci ildə Elşad Abdullayev San-Marino adlı (sonra ABU olub) necə bazar açmışdı. Heç orta məktəb partası görməmiş nə qədər uşağı valideynləri mal-davarını satıb TQDK-dan kənar San-Marinoya tələbə düzəldirdi. Elnur Allahverdiyevin deputatlığının saxtalığını sübut etmək çətin olar, amma 95-ci ildə TQDK jurnalında tələbə adını almış abituriyentlər siyahısından öz adını tapıb xalqa göstərsin!
Elnur Allahverdiyev ikinci ali təhsilini 2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə 2 il oxumaqla alıb. İkinci ali təhsilin necə olmasını da hamı bilir. Gərək, insan ayıbına kor olub, öz beyninin şirəsi və zəhməti ilə ali təhsil almış şəxslərə dil uzatmasın, hüquqdan, qanundan, mənəviyyatdan danışmasın. Himayədarın kim olursa olsun, lap Allah da göydən sənə kömək üçün yerə ensə, yenə də bu xalqın savadlı kəsimi qarşısında həddini biləcəksən! Elşad Abdullayev 90-cı illərdəki saxtakar əməllərinə görə həbs edilsəydi, Elnur Allahverdiyev indi deputat olmamışdı. Necə ali təhsil alıbsa, elə də saxta deputat olub", - sözləri qarşı tərəfi özündən çıxarıb.
Deputat dərhal bu şərhə reaksiya verərək, yazıb:
"Acizlik bizə yaraşmaz, heç nə qarşısında aciz qalmarıq. Ancaq mən bu adama nə cavab verim? Bu adam profilində yazır ki, Milli Məclisdə işləyir, amma işləmir. Öz profilindən də status paylaşıb, oradakı yazışmalara baxa bilərsiniz. Qeyri-ciddi iddialara mən nə cavab verməliyəm, yaxud niyə vaxt sərf etməliyəm? Bu şəxsi tanımıram, niyə belə yazdığının səbəbini də bilmirəm.
Mənim 30 min seçicim var, onların qayğılarının, problemlərinin həllində yardımçı olmağa çalışıram, profilimə baxa bilərsiniz. Vaxtım çox məhduddur, durum yalandan Milli Məclisdə işlədiyini deyən biri ilə mübahisəyə girim?
Mən iş adamı olmuşam, qurduğum şirkətdə indi 2750 nəfər işləyir, yəni ortalama 10,000-ə yaxın insan bu işdən dolanır. Bu adam nə edib? Kimə gəldi çamur atan birinə mən nə cavab verim? Yazır yazsın, başı qarışır yəgin.
Bu adamın savadı olsa, bilər ki, deputatlığa namizədliyim irəli sürüləndə MSK-ya təqdim edilən sənədlərim bir-bir yoxlanılıb. O cümlədən malik olduğum hər iki diplomum. Bilməlidir ki, diplom dövlət sənədidir, universitetin rəhbərliyində kimin olmasından asılı olmayaraq. Yeri gəlmişkən, bilmirdinizsə, siz də bilin.
Hər iki universitetin diplomu var. Qısası, belə boş bekar adamdırsa, MSK-ya müraciət etsin, gedib nə var, hamısına baxsın. Ancaq MSK-da özünü dediyi kimi "saxta yollarla Milli Məclisə işə düzələn" birinə bu sənədləri verəcəklərinə inanmıram. Başqa sözlə, mən fikir vermirəm, sizə də məsləhət görmürəm".
Bundan sonra isə tərəflər arasında belə "atışma" olub:
Qulu İbrahimli: "Elnur Allahverdiyev, səbr edin, özünüz qaça-qaça gəlib məni axtaracaqsız. Heç kimə də arxayın olmayın. Sizin yumordan xəbəriniz olsa, profilimdə iş yerini "Milli Məclis" niyə yazmağımı bilərdiz, bunun da izahını ayrıca yazıda verəcəyəm. Elnur müəllim, yaxşı, sübut edəcəyəm ciddi kimdir, qeyri-ciddi kimdir. Deyəsən, kimlərəsə yaxın olmağınıza görə sizə yaltaqlananlarla səhv saldız. Səviyyəni və ciddiyyəti görəcəksiz. San-Marino "diplomlusunun" qabağından qaçan olmadığımı sizə başa salacaqlar.
Enur Allahverdiyev: "Rza Məmmədov, zəhmət olmasa, bu şəxsə deyin ki, onun işi çamur atıb kimlərinsə qaça-qaça yanına gəlməsini gözləməkdirsə, şantajla təhdid edib, reketlik etməkdirsə, qaça-qaça sübut etsin. Biz isə seçicilərimizlə yolumuzu davam edirik".
Qulu İbrahimli: "Elnur Allahverdiyev, bu xalqın başına onda daş düşüb ki, necə ali təhsil aldığı barədə hesabat verə bilməyən adamlar onun problemləri ilə məşğul olurmuş kimi özünü aparır, "seçicim-seçicim" deyir. Elnur Allahverdiyev, sizdən artıq da işçisi və dövriyyəsi olan şirkətlərin işini aparmışam. Amma mən özümün olmayan işi-biznesi öz biznesim kimi camaata sırıyıb qürrələnməmişəm. Araşdırın, biləcəksiz".
Deputatın kömək istədiyi Rza Məmmədov: "Qulu Ibrahimli, inanıram ki, cənab Allahverdiyev San-Marino ilə bağlı tələbinizə cavab verə bilər. Amma yenə də susmayacaqsınız. Bu dəfə də dönüb parlamentdə necə təmsil olunmağını sorğulayacaqsınız".
Onu da qeyd edək ki, Elnur Allahverdiyev "Kontakhome" mağazalar şəbəkəsinin sahibidir.
Mia.az
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun