Dövlət Agentliyinin əməkdaşı Ağdamda minaya düşdü: "Müxtəlif dərəcəli bədən xəsarətləri alıb"

img

06-08-2021 [11:03]


Avqustun 6-sı saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mia.az xəbər verir ki, bu barədə Ağdam rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR