Niyaz Niftiyevin vəkili: "Məhkəmə istintaqı bitib..."
PRESS
02.08.2021, 18:31
Ötən ilin aprelində keçirilən əməliyyat zamanı saxlanılan Binəqədi Bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az xəbər verir ki, məhkmə iclasında 5 şahid dindirilib, onlar Niyaz Niftiyevin xeyrinə ifadə veriblər.
Niyaz Niftiyevin vəkili Ənnağı Məmmədli Yenicag.az-a açıqlamasında məhkəmə istintaqının qurtardığını qeyd edib:
“Bu gün beş şahid dindirildi, onların hər biri ayrı-ayrılıqda ifadə verdilər. İfadələrində bildirdilər ki, bələdiyyədən aldıqları arayışlar Binəqədi qəsəbə bələdiyyəsi ərazisində yaşamaları və sahibkarlıq fəaliyyətilə məşğul olmaları ilə bağlı olub. Üç şahid bildirdi ki, məişət tullantılarına görə borcları olmadığı üçün onlardan arayışla bağlı hər hansı məbləğdə pul alınmayıb. Digər ikisi isə məişət tullantısı ilə bağlı on səkkiz manat borcları olduğu üçün onu ödəyiblər, əlavə pul verməyiblər. Şahidlərdən biri oxuma bacarığının olmadığını, ifadəsi alınarkən nə yazıldığını bilmədiyini və müstəntiqin ona qol çəkdirdiyini qeyd etdi. İfadə elan olunduqdan sonra məlum oldu ki, həqiqətən də, onun oxuma qabiliyyəti yoxdur.
Məhkəmə istintaqının qurtarması elan olundu, sənədlərin tədqiqi prosesinə başlanıldı”.
Qeyd edək ki, növbəti məhkəmə iclası avqustun 9-na təxirə salınıb.
Xatırladaq ki, N.Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.
Sonradan bu maddələr dəyişdirilib, prokurorluqda ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.
N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Təhsil müəssisələrində geyim tələbləri necə olacaq? - YENİ QANUN
Bugün, 13:34 CƏMİYYƏT
-
Müddətli və ya alternativ hərbi xidmət... - Daha bir qanun dəyişdi
Bugün, 13:12 GÜNDƏM
-
Azərbaycan Portuqaliyada səfirlik açacaq
Bugün, 13:05 SİYASƏT
-
Deputatlar bu qanunlara dəyişikliyə "hə" dedi: avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı...
Bugün, 12:51 GÜNDƏM
-
Sabah hava necə olaacq? - Proqnoz
Bugün, 12:39 CƏMİYYƏT
-
Media və Yayım Şurası yaradılır - QANUN İLK OXUNUŞDA QƏBUL EDİLDİ + DETALLAR (YENİLƏNİB)
Bugün, 12:31 PRESS
-
İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib: "Əlbəttə ki, bizim üçün və onun nəvəsi kimi mənim üçün qürur mənbəyidir..." - FOTOLAR
Bugün, 12:17 GÜNDƏM
-
Zaqatalada qətl: 58 yaşlı kişi öldürüldü
Bugün, 12:05 KRİMİNAL
-
Vilayət Eyvazov Bakıda sıra baxışında - Polis olmaq istəyən 158 nəfər növbəti mərhələyə buraxıldı ()VİDEO)
Bugün, 11:58 CƏMİYYƏT
-
DÇ-2026-nın ən gərgin oyunu: iki qırmızı kart, bir qırıq ayaq və 6 qol… - FOTOLAR
Bugün, 11:45 İDMAN
-
Sumqayıt Şəhər İcra Hakimiyyəti ağac və gül alır - 960 min manatlıq
Bugün, 11:38 CƏMİYYƏT
-
Azərbaycanla daha bir ölkə arasında viza tələbi ləğv olunub
Bugün, 11:36 SİYASƏT
-
Naxçıvanda yeni idarəçilik formatı yaradılır - Prezidentin səlahiyyətli nümayəndəliyi...
Bugün, 11:27 SİYASƏT
-
Gömrüyə əlavə səlahiyyət verilir - Yeni qanunda nələr var?
Bugün, 11:23 İQTİSADİYYAT
-
Xankəndi şəhərinə növbəti köç olub
Bugün, 11:14 GÜNDƏM
-
Borc müqavilələri ilə bağlı mübahisələr... - Konstitusiya Məhkəməsi qərar qəbul etdi
Bugün, 11:03 CƏMİYYƏT
-
DEPUTATLAR TOPLANDI - Hansı qanunlar dəyişir? (SİYAHI)
Bugün, 11:01 GÜNDƏM
-
Özgür Özəl Kılıçdaroğluna meydan oxudu: “Hər şeyi gözə aldım, kimsə…” - "Gəl 20 il müxalifətdə rahat otur, əylən" təklifinə "yox" dedim"
Bugün, 10:55 SİYASƏT
-
İsrail Livanı yenə vurur - Ölənlər var
Bugün, 10:39 DÜNYA
-
"Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi
Bugün, 10:37 ŞOU-BİZNES
-
Səbail" komandasında baş məşqçi təyinatı olub
Bugün, 10:33 İDMAN
-
Azərbaycan və İtaliya mədəniyyət nazirləri görüşdü - Romada + FOTOLAR
Bugün, 10:10 MƏDƏNİYYƏT
-
Azərbaycan nefti 80 dolara satılır
Bugün, 10:08 İQTİSADİYYAT
-
CHP dağılır? - Daha bir bələdiyyə sədri istefa verdi
Bugün, 10:00 SİYASƏT
-
Qadın müğənni qırmanclanacaq – Hicabı çıxardığı üçün
Bugün, 09:47 MƏDƏNİYYƏT
-
İstanbulda qaçırılan vəzifəli şəxs xilas edildi - 7 nəfər tutuldu
Bugün, 09:32 KRİMİNAL
-
DÇ-2026: Türkiyə yığması Paraqvay matçına hazırlığı yekunlaşdırıb
Bugün, 09:27 İDMAN
-
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri qandallandı – 41 nəfərə qarşı əməliyyat
Bugün, 09:19 SİYASƏT
-
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv olundu
Bugün, 09:15 İQTİSADİYYAT
-
DİM imtahanlartla bağlı məlumat açıqladı
Bugün, 09:06 GÜNDƏM
-
ABŞ-İran danışıqları: İsveçrə görüşü təxirə düşdü - AĞ EV açıqlama yaydı
Bugün, 08:57 GÜNDƏM
-
DÇ-2026: Meksika 6 xalla növbəti tura vəsiqəni təmin edib
Bugün, 08:43 İDMAN
-
DÇ-2026: İsveçrə 4 qolla qalib gəldi
Bugün, 00:59 İDMAN
-
Kamal Kılıçdaroğluna etiraz böyüyür – CHP-nın “alınmaz qalası” sayılan şəhərin bələdiyyə sədri istefa verdi
Bugün, 00:05 SİYASƏT