Tələbə kreditləri ilə bağlı yeni qərar verildi - QAYDALAR

img

27-07-2021 [17:21]


“Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” təsdiq edilib.

Mia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

1. Ümumi müddəa

1.1. Bu Qayda Təhsil Tələbə Krediti Fondunun (bundan sonra - Fond) vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin verilməsinə dair tələbləri, təhsil tələbə kreditinin verilməsi prosedurunu, təhsil tələbə krediti üzrə hüquqların əldə olunmasını və kreditin qaytarılmasını, habelə təhsil tələbə krediti ilə bağlı digər məsələləri tənzimləyir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. təhsil tələbə krediti (bundan sonra - TTK) - Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil haqqı xərclərini ödəmək üçün Fondun vəsaiti hesabına müvəkkil bank tərəfindən tələbə ilə bağlanılmış müqaviləyə uyğun olaraq müəyyən müddətə və faizlər ödənilmək şərtilə borc verilən pul vəsaitidir;

2.1.2. tələbə - ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili
səviyyəsində əyani təhsil alan şəxs;

2.1.3. müvəkkil bank - TTK üzrə tələb olunan hüquqların əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fondla müqavilə bağlamış bank;

2.1.4. baş saziş - TTK üzrə tələb hüquqlarının əldə edilməs qaydalarını və bununla bağlı yaranan münasibətləri tənzimləyən Fondla müvəkkil bank arasında bağlanılan razılaşma;

2.1.5. borcalan - müvəkkil bankdan TTK almış Azərbaycan Respublikasının vətəndaşı olan tələbə;

2.1.6. kredit müqaviləsi - müvəkkil bank və borcalan arasında imzalanan borc müqaviləsi;

2.1.7. güzəşt dövrü - təhsilin normativ müddətindən dərhal sonra yaranan və borcalandan borcun qaytarılması tələb olunmayan və kredit faizi hesablanmayan 2 (iki) illik dövr;

2.1.8. möhlət dövrü - kreditin qaytarılması müddətində borcalandan borcun qaytarılması tələb olunmayan və kredit faizi hesablanmayan dövr;

2.1.9. defolt - borcalan tərəfindən kredit müqaviləsində borc öhdəlikləri üzrə ödənişlərin (əsas məbləğ və ona hesablanan faizlər və ya hər hansı biri) müqavilədə və ya ödəniş cədvəlində göstərilən tarixdən 90 təqvim günündən artıq gecikdirilmə və ya bu öhdəliyin yerinə yetirilməsindən imtina edilməsi halı;

2.1.10. faydalanan şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs;

2.1.11. sığorta haqqı - bu Qaydanın 8-ci hissəsində nəzərdə tutulmuş risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsi ilə müəyyən edilən qaydada sığortaçıya ödənilməli olan pul məbləği;

2.1.12. sığorta hadisəsi - sığorta müqaviləsinə görə sığorta ödənişinin ödənilməsi üçün əsas olan və müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

2.1.13. sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə təzminatı (kompensasiya);

2.1.14.ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) - tələbənin fənlər üzrə topladığı balların həmin fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında həmin semestrdə tədris olunan
fənlərə görə nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti.

3. TTK-nin növləri və kreditdən istifadə hüququ

3.1. TTK-nin iki növü vardır:

3.1.1. sosial;

3.1.2. standart.

3.2. Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:
3.2.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
4
3.2.2. 3-cü dərəcə əlilliyi olanlar;
3.2.3. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs)
aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:
1. 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
2. işsiz kimi qeydiyyatda olanlar;
3. yaşa görə əmək pensiyası alanlar;
4. yaşa görə sosial müavinət alanlar.
3.3. Tədris semestri (yarımili) müddətində TTK-nin verilməsi
barədə müraciət edildiyi gün tələbə bu Qaydanın 3.2-ci bəndində
göstərilən kateqoriyalardan birinə aid olduğu halda həmin semestr
(yarımil) üçün sosial TTK almaq hüququna malikdir.
3.4. Sosial TTK almaq hüququ olmayan aşağıdakı tələbələr
təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən
standart TTK almaq hüququna malikdirlər:
3.4.1. birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu
imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası
tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər
semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar
(peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq
qiymətləndirmə balı 71 bal və yuxarı olanlar);
3.4.2. illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
3.5. Standart TTK almaq hüququ müraciət tarixinə bu Qaydanın
3.4-cü bəndində göstərilən şərtlər eyni vaxtda yarandıqda təmin
olunur.
3.6. TTK ilk növbədə sosial TTK hüququ olanlara verilir.
3.7. TTK bu Qaydanın 2.1.2-ci yarımbəndində göstərilən təhsil
pillə və səviyyələri və həmin pillə və səviyyələrin hər tədris semestri
(yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir.
3.8. TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin
qeydiyyata alındığı tarixdən sonra dəyişməsi həmin semestr üçün
verilmiş kredit şərtlərini dəyişdirmir.
3.9. Fondun Himayəçilik Şurası:
3.9.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə
razılaşdırmaqla, standart və sosial TTK üzrə illik faiz dərəcələrini,
habelə hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə
tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən
illik təhsil haqlarının məbləği nəzərə alınmaqla, təhsil tələbə kreditinin
məbləğinin yuxarı həddini təsdiq edir; 
5
3.9.2. birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbələrin
standart TTK almaq hüququnu müəyyən edən tələbə qəbulu
imtahanında toplanan ümumi balın minimal həddini təsdiq edir.
3.10. Təhsil haqqı TTK-nin maksimal məbləğindən çox olduqda,
yaranan fərq tələbə tərəfindən təhsil müəssisəsinə ödənilir.
3.11. TTK-nin müddəti təhsilin səviyyəsindən və ixtisasdan asılı
olaraq qanunvericiliklə müəyyən edilmiş təhsilin normativ
müddətindən, güzəşt dövründən və kreditin qaytarılması müddətindən
(10 il) ibarətdir. Kreditin qaytarılması müddəti bu Qaydanın 7.6-cı
bəndi ilə müəyyən edilmiş möhlət müddəti qədər uzadılır.
4. TTK-nin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər
4.1. Fondun vəsaiti hesabına verilən TTK üzrə tələblər
aşağıdakılardır:
4.1.1. TTK-nin tədrisə tam cəlb olunaraq (fulltime) təhsil
müəssisələrində əyani təhsil alan tələbələrə verilməsi;
4.1.2. TTK-nin təhsilin normativ müddətində hər tədris semestri
(yarımil) üçün verilməsi;
4.1.3. TTK-nin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil)
üzrə hər hansı bir fənn (modul) üzrə akademik borcun olmaması;
4.1.4. TTK üçün girov və zaminliyin tələb olunmaması;
4.1.5. TTK üzrə əsas borcun və hesablanmış faizlərin hər ay
bərabər hissələrlə (annuitet ödənişlər) qaytarılması;
4.1.6. təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə
kreditə faiz hesablanmaması və qaytarılmasının tələb edilməməsi;
4.1.7. borcalanın ölümü, əmək qabiliyyətinin tam və ya qismən
itirilməsi (əlillik) hallarından kreditin həcmindən az olmamaq şərtilə
sığortalanması;
4.1.8. TTK-nin Azərbaycan Respublikasının vətəndaşlarına
manatla verilməsi.
4.2. Sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:
4.2.1. ÜOMG-si 71 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal
və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü
kreditə görə faiz hesablanmır;
4.2.2. təhsilin normativ müddətində bütün tədris semestrlərində
ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində
təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı 
6
olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi
hissəsinin ödənişindən azad olunur.
4.3. Standart TTK üzrə aşağıdakı güzəştlər tətbiq edilir:
4.3.1. ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili
müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə
balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün
götürdüyü kreditə görə faiz hesablanmır;
4.3.2. təhsilin normativ müddətində bütün tədris semestrlərində
ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində
təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı
olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi
hissəsinin ödənişindən azad olunur.
5. TTK-nin verilməsi üçün müraciət edilməsi və sənədləşmə
5.1. TTK-nin verilməsinə dair məsələlərin tənzimlənməsi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” alt sistemi (bundan
sonra - elektron sistem) vasitəsilə həyata keçirilir.
5.2. TTK almaq istəyən tələbə, onun valideynləri, övladlığa
götürənləri və ya himayəçisi notariat qaydasında təsdiq edilmiş ərizə
ilə aşağıdakı razılıqları verməlidirlər:
5.2.1. valideynlər, övladlığa götürənlər və ya himayəçi - 18
yaşınadək olan yetkinlik yaşına çatmayan tələbənin kredit müqaviləsi
bağlamasına (tələbənin 18 və daha çox yaşı varsa bu tələb olunmur);
5.2.2. tələbə - ona aid gəlirlərin, xərclərin, əmlakların və digər
zəruri fərdi məlumatların kredit müqaviləsinin qüvvədə olduğu
müddətdə aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən Fondun
və müvəkkil bankın sorğusu əsasında ona (onlara) təqdim edilməsinə
və muzdla və ya mülki-hüquqi xarakterli müqavilələrlə işlədikdə və ya
sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda alacağı əməkhaqqından və
ya əldə edəcəyi gəlirdən TTK-nin qaytarılması məqsədilə müvəkkil
bankın xeyrinə tutulmaların (gəlirin 20 faizindən çox olmamaq şərtilə)
edilməsinə.
5.3. Bu Qaydanın 5.2-ci bəndinə müvafiq olaraq notariat
qaydasında təsdiq olunmuş ərizə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin “Elektron notariat” informasiya sistemindən sorğu
əsasında elektron sistemə göndərilir. Bu razılıq başqa məqsədlərə və 
7
ya digər kreditin qaytarılmasında istifadə edilə bilməz. Razılıq kredit
müqaviləsinin qüvvədə olduğu müddət üçün verilir.
5.4. Bu Qaydanın 5.2-ci bəndinə müvafiq olaraq razılığı
rəsmiləşdirilmiş tələbə elektron sistemdə qeydiyyatdan keçir və ona
elektron sistemdə “Şəxsi kabinet” açılır, kabinetin şifrəsi onun əlaqə
vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir.
Tələbə “Şəxsi kabinet”i vasitəsilə TTK-nin rəsmiləşdirilməsi üçün tələb
olunan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
5.5. TTK almaq hüququ elektron sistem vasitəsilə müəyyən
edilir.
5.6. TTK almaq hüququ olmayan tələbəyə “Şəxsi kabinet”
vasitəsilə bu barədə göndərilən məlumatda imtinanın səbəbləri
əsaslandırılır.
5.7. TTK-nin verilməsindən imtina edilmiş şəxsin TTK almaq
üçün növbəti semestrdə (yarımildə) təkrar müraciət etmək hüququ
vardır.
5.8. TTK almaq hüququ olan tələbəyə müvafiq müvəkkil banka
müraciət olunması barədə bildiriş göndərilir.
5.9. TTK Fondun vəsaiti hesabına bu Qayda ilə müəyyən
edilmiş tələbələrə müvəkkil bank tərəfindən verilir.
5.10. Fondla baş saziş imzalamış və elektron sistemə çıxış
imkanları olan müvəkkil bank TTK almaq hüququ olan şəxslər barədə
məlumatı bu sistem vasitəsilə elektron qaydada əldə edir.
5.11. TTK-nin alınması üçün borcalan müvəkkil banka
aşağıdakı sənədləri təqdim etməlidir:
5.11.1. əvvəlki tədris semestri üçün ÜOMG-yə (peşə təhsili
müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə
üzrə göstəriciyə) dair təhsil müəssisəsinin arayışı;
5.11.2. təhsil haqqının məbləği barədə təhsil müəssisəsinin
arayışı;
5.11.3. standart TTK üçün illik təhsil haqqının ən azı 20 faizi
məbləğində ödənişin edilməsi barədə təsdiqedici sənəd.
5.12. Bu Qaydanın 5.11-ci bəndində göstərilən sənədlərdəki
məlumatlar müvəkkil bank tərəfindən elektron qaydada əldə edildiyi
halda, qeyd edilən sənədlər kağız daşıyıcıda tələbədən tələb olunmur.
5.13. Sənədlər kağız daşıyıcıda təqdim edildiyi təqdirdə,
müvəkkil bankın məsul işçisi təqdim olunmuş sənədləri elə həmin gün
elektron sistemə daxil edərək gücləndirilmiş elektron imza ilə
təsdiqləyir.
8
5.14. Müvəkkil bank elektron sistem vasitəsilə və ya kağız
daşıyıcıda əldə etdiyi sənədləri nəzərdən keçirərək, 3 (üç) iş günü
müddətində TTK almaq istəyən şəxs barədə TTK-nin verilməsinə dair
qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün TTK almaq istəyən
şəxsə bildirilməklə, tələbənin “Şəxsi kabinet”ində yerləşdirilir.
5.15. Müvəkkil bank tərəfindən TTK-nin verilməsinə razılıq
barədə qərar elektron sistemdə yerləşdirildiyi gündən 6 (altı) iş günü
müddətində kredit müqaviləsi bağlanılır.
5.16. Kredit müqaviləsində ən azı aşağıdakılar asan oxunan və
aydın şəkildə göstərilir və elektron sistemə ötürülür:
5.16.1. kreditin təyinatı (təhsil haqqı);
5.16.2. kreditin şərtləri (kreditin məbləği, müddəti, faktiki illik faiz
dərəcəsi, komisyon haqları (əgər nəzərdə tutulursa), müvəkkil bank
tərəfindən tələb olunan digər ödənişlər);
5.16.3. kreditin gecikdirilmə şərtləri;
5.16.4. ödəniş cədvəli;
5.16.5. tərəflərin hüquq və vəzifələri;
5.16.6. vaxtından əvvəl ödənişlərin müvəkkil bank tərəfindən
tələb edilməsi şərtləri;
5.16.7. kredit müddəti ərzində müqaviləyə əlavə və
dəyişikliklərin edilməsi qaydası;
5.16.8. tərəflərin məsuliyyəti;
5.16.9. mübahisələrin həlli qaydası.
5.17. Müvəkkil bankla tələbə arasında çərçivə kredit müqaviləsi
təhsilin normativ müddətində bir dəfə bağlanılır və kreditin məbləği
təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün
tələbənin müraciəti əsasında tranşlarla (hissələrlə) kredit almaq
hüququ yarandığı halda müvəkkil bank tərəfindən təhsil
müəssisəsinin müvafiq bank hesabına köçürülür.
6. TTK üzrə müvəkkil bankla münasibətlər
6.1. TTK üzrə bank əməliyyatları seçilmiş müvəkkil bank
tərəfindən həyata keçirilir.
6.2. Müvəkkil bankın seçilməsi meyarları aşağıdakılardır:
6.2.1. kreditlərin verilməsi ilə bağlı əməliyyatların aparılmasına
dair lisenziyanın olması;
6.2.2. 1 (bir) ildən yuxarı davamlı bank fəaliyyətinin mövcudluğu;
9
6.2.3. prudensial normativlərə və tələblərə əməl edilməsi;
6.2.4. regionlarda filial şəbəkəsinin olması;
6.2.5. beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə
verilmiş reytinqdən maksimum iki pillə aşağı olması.
6.3. TTK-nin maliyyələşdirilməsi, bu sahədə xidmət və TTK-nin
geri qaytarılması dövründə həmin vəsaitlərin müvəkkil bank tərəfindən
Fonda köçürülməsi Fond və müvəkkil bank arasında bağlanılan baş
saziş əsasında həyata keçirilir.
6.4. Müvəkkil bank TTK-nin maliyyələşdirilməsi üçün tələb
olunan vəsait barədə baş sazişdə nəzərdə tutulmuş müddətdə Fonda
müraciət edir və tələb olunan sənədləri Fonda təqdim edir.
6.5. Fond müvəkkil bankın müraciətini və təqdim olunan
sənədləri yoxladıqdan sonra 3 (üç) iş günü ərzində tələb olunan
vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin edir.
6.6. TTK-nin maliyyələşdirilməsi ilə bağlı müvəkkil bank
tərəfindən Fonda təqdim edilməli sənədlərin siyahısını Fondun
Himayəçilər Şurası müəyyən edir.
6.7. Müvəkkil bankla Fond arasında qarşılıqlı öhdəliklər Fond ilə
müvəkkil bank arasında imzalanmış baş sazişdə əhatə olunur.
Borcalanların müvəkkil bank qarşısında öhdəliklərini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil bank və Fond baş sazişlə
müəyyən edilmiş öhdəliklərini bu Qaydanın 7.15-ci bəndi nəzərə
alınmaqla yerinə yetirməlidirlər.
6.8. Müvəkkil bank bu Qaydada və Fond ilə müvəkkil bank
arasında imzalanmış baş sazişdə kredit inzibatçılığı ilə bağlı müəyyən
edilmiş tədbirləri həyata keçirməli və bu barədə məlumatları elektron
sistemə daxil etməlidir. Bu öhdəliklərin müvəkkil bank tərəfindən
yerinə yetirilməməsi və ya qismən icra edilməsi hallarının kreditin
defoltuna səbəb olduğu müəyyən edildiyi halda, Fond defolt olunan
kredit üzrə məbləği müvəkkil bankdan geri tələb etmək hüququna
malikdir. Bu hallar Fondun cəlb etdiyi kənar audit tərəfindən müəyyən
edilir.
6.9. Müvəkkil bankın lisenziyası ləğv edildikdə, Fondun həmin
bankda qalan vəsaitinin qaytarılması ləğvedici tərəfindən “Banklar
haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə
uyğun ödənişlərin növbəliliyi əsasında həyata keçirilir.
10
7. TTK-nin qaytarılması
7.1. Borcalan TTK-ni bu Qaydanın 4.1.5-ci yarımbəndi ilə
müəyyən edilmiş qaydada əvvəlcədən təsdiq edilmiş ödəniş cədvəli
üzrə qaytarır.
7.2. Borcalanda TTK-nin qaytarılması öhdəliyi TTK-nin
qaytarılma dövründə, yəni güzəşt dövründən sonra yaranır.
7.3. TTK almış, lakin təhsilini başa çatdırmamış və təhsil
müəssisəsindən xaric olunmuş borcalana münasibətdə TTK-nin
qaytarılması öhdəliyi bu halların təhsil müəssisəsi tərəfindən
rəsmiləşdirildiyi gündən başlanır.
7.4. Güzəşt dövründə borcalanın əmək və ya sahibkarlıq
fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, tələbə kreditlərinin
qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır.
7.5. Bu Qaydanın 7.3-cü və 7.4-cü bəndlərində mövcud olan
hallarda ödəniş cədvəli həmin halların yarandığı gündən başlayaraq
yenidən tərtib edilir.
7.6. TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş
verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin
müddəti həmin müddət qədər uzadılır:
7.6.1. yuxarı təhsil səviyyəsində əyani təhsil;
7.6.2. həqiqi hərbi xidmət;
7.6.3. məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan
məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);
7.6.4. işləyən borcalana münasibətdə hamiləliyə və doğuma
görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü
qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;
7.6.5. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və
I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.
7.7. Möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq
fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu
fəaliyyətə başlama tarixindən ləğv edilir.
7.8. TTK-yə görə möhlət bu Qaydanın 7.6-cı bəndində
göstərilən halları təsdiq edən sənədlər müvəkkil banka təqdim
edildikdə verilir. Bu sənədlərdəki məlumatlar müvəkkil bank tərəfindən
elektron qaydada əldə edildiyi halda, qeyd edilən sənədlər kağız
daşıyıcıda tələbədən tələb olunmur.
7.9. TTK vaxtından əvvəl qaytarıla bilər.
11
7.10. TTK borcalanın özü və ya onun əvəzinə hər hansı bir şəxs
(valideyni, qohumu, işəgötürəni və s.) tərəfindən qaytarıla bilər.
7.11. Əmək müqaviləsi ilə işləyən və ya sahibkarlıq fəaliyyəti ilə
məşğul olan, lakin ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan
şəxslərdən TTK üzrə ödənişlər əməkhaqqından və ya gəlirlərdən bu
Qaydanın 7.12-ci və 7.14-cü bəndləri ilə müəyyən edilmiş qaydada
tutulur. Digər hallarda ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan
borcalanın TTK üzrə ödənişləri məhkəmə qaydasında tutulur.
7.12. Əmək müqaviləsi ilə işləyən borcalanın əməkhaqqından
TTK-nin tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin
175-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. Belə olan halda
bu Qaydanın 5.2.2-ci yarımbəndinə uyğun olaraq kredit müqaviləsi
bağlanan zaman tələbə tərəfindən təqdim edilən TTK üzrə ödənişlərin
əməkhaqqından tutulması barədə notariat qaydada təsdiq olunmuş
razılığı əsas götürülür.
7.13. Borcalanın əmək fəaliyyəti ilə məşğul olması halı sistemə
inteqrasiya olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya
sistemi vasitəsilə müəyyən edilir. Müvəkkil bank bu sistemə çıxış əldə
edərək, əməkhaqqından kredit üzrə ödənişlərin tutulması barədə
borcalanın notariat qaydasında təsdiq olunmuş razılığını işəgötürənə
göndərərək ödənişləri tələb edir.
7.14. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalandan TTK
üzrə ödənişlər onların bank hesablarından TTK götürmüş borcalanın
bu Qaydanın 5.2.2-ci yarımbəndinə əsasən notariat qaydasında
təsdiq olunmuş razılığı təqdim olunmaqla tutulur. Müvəkkil bank
sistemə inteqrasiya olunmuş Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə
borcalanın sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, eləcə də
bank hesabları barədə məlumatları əldə edir.
7.15. Borcalan TTK üzrə öhdəliklərini yerinə yetirmədikdə,
habelə bu Qaydanın 6.8-ci bəndində göstərilən hallar istisna olmaqla
TTK üzrə defolt halı baş verdikdə, müvəkkil bankın Fond qarşısında
hər hansı maliyyə öhdəliyi yaranmır.
8. TTK üzrə borcalanın sığortalanması
8.1. TTK üzrə borcalan aşağıdakı hallardan sığortalanır:
8.1.1. ölüm;
12
8.1.2. əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik).
8.2. TTK-nin sığortalanması kredit müqaviləsi rəsmiləşdirilən
zaman həyata keçirilir. Sığorta müddəti kredit müqaviləsinin
müddətinə bərabər olmalıdır.
8.3. Sığorta müqaviləsinin tərəfləri TTK-ni alan tələbə və
sığortaçıdır. Sığorta haqqı kredit müqaviləsinə uyğun hesablanır və
kreditin məbləğinə əlavə olunaraq sığorta müqaviləsində nəzərdə
tutulmuş qaydada ödənilir.
8.4. TTK-nin sığortalanması zamanı faydalanan şəxs qismində
müvəkkil bank müəyyən edilir.
8.5. Sığorta müqaviləsinin bağlanılması anında sığorta məbləği
kredit məbləğinə bərabər müəyyən edilir.
8.6. Sığorta müqaviləsi üzrə işlərin aparılması xərcləri
(vasitəçilərə verilən komisyon muzdlar da daxil olmaqla) müqavilə
üzrə hesablanmış sığorta haqqının 15 faizindən çox ola bilməz.

Qaydalarla bu linkdən tanış ola bilərsiniz:

https://nk.gov.az/az/document/5487/


Digər xəbərlər
SON XƏBƏRLƏR