"Taliban" daha bir rayonu ələ keçirib, polis rəisi isə girov götürülüb

img

27-07-2021 [13:02]


“Taliban” qruplaşması Gilmend əyalətinin səmasında Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus helikopteri vurduqlarını açıqlayıb.

Bunu qruplaşmanın nümayəndəsi Zabiullah Mücahid tviter səhifəsində yazıb.

“Gilmend əyalətinin Nad-e Əli rayonunun mərkəzinin yaxınlığında hərəkat üzvləri düşmənin hərbi helikopterini vurublar. Nad-e Əli rayonunun mərkəzi və polis rəisi də ələ keçirilib”, - o bildirib.

KİV-in məlumataına görə, Əfqanıstan Hərbi Hava Qüvvələrinin helikopteri “Taliban”a qarşı əməliyyatların gedişində texniki səbəbdən qəza enişi edib. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Hərbçilər göyərtədəkiləri təxliyə edib. Sonra isə helikopter məhv ediblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA