Şeyxdən ittihamlara sərt reaksiya: "Mən heç vaxt heç kimin qucağında olmamışam" - "Mənim gəlinim türkdür, evimdə türklər yaşayır"
25-07-2021 [13:44]
Qafqaz Müsəlmanları İdarəsinin sədri,şeyxülislam Allahşükür Paşazadənin “Xameneinin fətvası qələbəmizin carçısı idi” bəyanatı ölkədə və qardaş Türkiyədə birmənalı qarşılanmayıb.
Şeyxi bu çıxışına görə ittiham edənlər Türkiyənin dəstəyini və döyüşən hərbçilərimizin rolunu qiymətləndirməməsindən təəssünü ifadə edib.
Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri- M.Mücahit Küçükyılmaz da Şeyxə ironiyalı cavab yazıb: “Demək ki, Xamenei Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş”.
Mia.az xəbər verir ki, Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimliyə eksklüziv müsahibəsində Hacı Allahşükür Paşazadə ona ünvanlanan ittihamlara cavab verib:
– Doğurdanmı, siz hesab edirsiniz ki, torpaqlarımızın işğaldan azad olunmasında Xameneinin fətvası rolu oldu?
– Mən təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər. Mən hər şeydən əvvəl din xadimi kimi danışmalıyam. Din xadimu olmayan istənilən müsəlman belə bu cür ifadələrdən istifadə edir.
Ordumuzun, Ali Baş Komandanımızın uğurlarını necə deməmək olar?
Məni ittiham edənlər o çıxışıma tam baxsınlar.
– Yəqin ki, Ərdoğanın müşavirinin dediklərindən də xəbəriniz var…
– Bəli, mən bunu eşitdim. O adamın dindən xəbəri yoxdur. Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır.
Deyir ki, İran Ermənistana raket göndərir. Mən raketdən danışmamışam, Allahdan danışmışam, duadan danışdım.
Onun cümləsində belə bir fikir var idi ki, İran Ermənistana silah göndərir. Axı, sənin sübutun varmı? Prezident deyir ki, yox. Azərbaycan prezidentinin, onun köməkçisi Hikmət Hacıyevin çıxışında deyilib ki, belə bir şey olmayıb. Nə Gürcüstandan, nə də İrandan Ermənistana silah yardımı olmayıb.
– İrandan gedən yük maşınlarının görüntüsü də yayılmışdı…
– Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram.
Sənin əgər başqa bir mənbən varsa, onu açıqlamaq lazımdır. Onu biz məhkəməyə verə bilərik ki, sən açıqla görüm, bunu hardan götürmüsən.
– Şeyx həzrətləri, zaman-zaman adınızı İranın adamı kimi hallandırıblar. Bu idialara necə yanaşırsınız?
– Mən heç vaxt heç kimin qucağında olmamışam. Məni ittiham edənlər çalışır ki, ölkədə sünni-şiə qarşıdurması yaratsın. Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam, nə İranın, nə də Türkiyənin adamı deyiləm. Azərbaycanın vətəndaşıyam. Həyatım boyu dəfərlərlə mən bunu sübut etmişəm , ömrümü düzgün yaşamışam. Amma bəzi adamlar siyasi formada bundan istifadə etmək istəyirlər.
İran da bizim qonşumuzdu. Türkiyə də eyni qaydada qonşumuzdu.
Türkiyə bizim həm də yaxın qardaşımız dostumuz, həmişə bizim yanımızda olan dövlətdir.
İran da bizə dost dövlətdir, bunu deyən mən deyiləm, bunu deyən dövlətimin başçısıdır. Orda 30 milyona yaxın bizim soydaşlarımız var, biz onlarla əlaqə saxlamalıyıq və onlarla münasibətimiz olmalıdır.
İranın lap belə səhvi olsa belə, onunla düşmənçilik etməməliyik. Elə adamlar var. Onlar maraqlıdır ki, İranı Ermənistana tərəf itələyək. Bizim siyasətimizdə İranı özümüzə yaxın eləmək var. Onu yaxın etmək də o demək deyil ki, Azərbaycanı onların qucağına veririk. Siyasi baxımdan biz dost olmalıyıq, münasibətdə olmalıyıq.
– Türkiyənin bu müharibədəki xüsusi rolunu, bizə dəstəyini qəbul edirsinizmi?
– Əlbəttə, edirəm. Ona görə söhbətimizin əvvəlində dedim ki, çıxışımı tam dinləsinlər. Mən orda əvvəlcə Türkiyə dövləti və onun başçısı Ərdoğan həzrətlərinə təşəkkürümü bildirdim. Başqa cür ola da bilməz. Yəni, mən bunu istəsəm də olmaz. Fətva söhbətini sırf mənəvi baxımdan demişəm.
Hamımız müsəlman kimi gündəlik həyatımızda ” Allah kömək olsun” “Duaçıyam” və sair kimi sözlərdən istifadə edirik.
Mən də din adamıyam, siyasi adam deyiləm. Allahdan danışmışam. Paralel olaraq da Hikmət Hacıyevin çıxışından heç bir addım da o tərəfə çıxmamışam. Xameneinin fətvası ordumuza dəstək anlamında qəbul olunmalıdır. Bu sözlər Ermənistana gözdağı idi.
Bir daha qeyd edim ki, bəzi qüvvələr istəyir ki, Türkiyə, İran və Azərbaycan arasında bir münaqişə salsın. Mən elə bilirəm ki, burda Ermənistanın barmağı var. Ermənistanın barmağı olmasa da ermənipərəstlərin barmağı var. Mən ömürboyu həm sunnilərin, həm də şiələrin rəhbəri olmuşam, onlar məni ağsaqqal kimi qəbul edirlər.
Mənim gəlinim türkdür. Evimdə türklər yaşayır.
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
Xadimələr belə, ixtisara salınır, ancaq şirkət prezidenti və... - Komitə sədri SOCAR-dakı "baş-ayaq" kadr siyasətindən elə faktları sadaladı ki...
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq
İlham Əliyev Rusiya rəsmisini qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Ceyhun Səfərə "BakuBus”da vəzifə verilib
"Azəriqaz”ın 5 milyon manatdan artıq borcu var
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
Livanda məktəblər bağlandı - İsrailin hücumlaırna görə
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə olunub
Pakistanda komendat saatı elan olundu - Xameneini ölümünə görə
İsrail Livanı bombaladı: 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb
AAYDA-da "qaynayır" - Daha bir rəis haqqında yeni iddialar yayıldı
Hörmüz boğazı bağlandı: neft tankerləri dalanda sıxışdı - Neftin qiyməti son 14 ayın pik həddinə yüksəldi