Məmmədəmin Rəsulzadə ilə bağı tədbir keçrildi - MMP

img

30-01-2014 [14:26]


Bu gün Muasir Musavat Partiyasının Mərkəzi qərargahında M.Ə,Rəsulzadənin 130 illik yubleyi ilə əlaqədar ilk toplantı keçirilib.

Partiyanın mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, toplantıda M.Ə.Rəsulzadənin həyatı, onun miras qoyduğu idialogiya haqqında söhbət açılıb.

1911-ci ildə əsası qoyulmuş Musavat partiyasının yaradıcısı M.Ə.Rəsulzadənin 130-cu ildönümünü qeyd etməyin vacibliyindən söz açan çıxışçılar, bu idealogiyanın ən layiqli davamçılarının "Muasir Musavatçı"lar olduğunu deyiblər. 

Toplantıda çıxış edənlərin hamısı M.Ə. Rəsulzadənin şərəfli ömür yolundan,Azərbaycana bəxş etdiyi ilk müstəqillilik töhfəsindən söhbət açıblar.Ölkə prezidentinin M.Ə.Rəsulzadənin 130 illik yubleyinin dövlət tərəfindən keçirilməsi haqqında verdiyi sərəncam da alqışlanıb.

Qeyd edək ki, M.Ə.Rəsulzadənin 130 illik yubleyi MMP-nin bütün rayon təşkilatlarında keçiriləcək


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA