Arvadının qulağını kəsən kişiyə iş verildi

img

30-01-2014 [13:57]


Bu gün Astara rayon Məhkəməsində həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

apa-nın cənub bürosunun məlumatına görə, hakim İsmayıl Abdurahmanlının sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, məhkəmədən təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdandan sonra hakim hökmü elan edib.

Hökmə əsasən, Çingiz Mehdiyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il müddətinə azadlıqdan məhrum olunub.

Çingiz Mehdiyevin vəkili Vəkil Natiq Əsədov hökmdən narazı qaldıqlarını və apellyasiya

Şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki, həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, dəhşətli işgəncələr verməkdə ittiham olunan Astara rayonunun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyev Cinayət Məcəlləsinin 127.2.2, 145.2.5, 145.2.6 maddələri üzrə təqsirli bilinir.

Xatırladaq ki, Ç. Mehdiye prokurorluğun sanksiyası ilə saxlanılıb və onun barəsində Astara Rayon Məhkəməsinin qərarı ilə həbs qəti-imkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:19 16.05.2025

Qayıdış nəğməsi