Pomidorun yerlərdə kq-ı 10 qəpiyə düşüb - Fermerlər nə istəyir?
13-07-2021 [15:58]
Azərbaycanda pomidor istehsal edən fermerlər mövsümün əvvəllərindən bəri məhsullarını xarici bazarlara çıxarmaqda çətinlik çəkirlər. Məhsulu satmaq ciddi problemə çevrildiyindən onlar təklif edilən qəpik-quruşa da razıdılar, əks halda min bir əziyyətlə, xərclə başa gəlmiş məhsulu zibilliyə atmaqdan başqa yol qalmır.
Söhbətləşdiyimiz fermerlər deyirlər ki, hazırda Bakı bazarlarında 50-70 qəpiyə satılan pomidoru yerlərdə 5-10 qəpikdən təklif edirlər. Baxmayaraq ki, istixana şəraitində bu məhsul yetişdirmək onlara hər kiloqramına görə 1 manat-1 manat 20 qəpiyə başa gəlib.
12 ildir təsərrüfatla məşğul olan şəmkirli fermer Səlahəddin Rzayev deyir ki, bu mövsümdə 300 min manat ziyana düşüb. Tovuzda 4 hektara yaxın sahədə pomidor yetişdirib, amma məhsulunu sata bilməyib.
“İllərdir məhsulları ixraca yönəldirdik, ancaq bu il ciddi problemlərlə qarşılaşdıq. Məsələn, Tümenə yola saldığımız maşının yolu iki dəfədən çox uzandı, məhsullar yolda xarab oldu. Moskva bazarına məhsul 20 günə gedib çatdı”,- fermer deyib. Əlavə edib ki, 6 kiloluq pomidor yeşiyinin Moskva bazarına çatdırılması təxminən 5 dollara başa gəlir.
Digər tərəfdən, bu mövsümdə Moskva bazarında da pomidorun qiyməti ucuzlaşıb: “Təkcə mən deyil, Şəmkir və Tovuzda əksər fermerlər ziyanla üzləşdilər. Qazdan istifadə eləmişik, banklardan kreditlər götürmüşük, ayrı-ayrı sahibkarlardan borca gübrə, dərman almışıq. Mən bir banka 56, digərinə 65 min manat borcluyam. Doğrudur, “Azəriqaz” İstehsalat Birliyi istixana sahiblərinə müəyyən güzəştlər etdi, dedilər ki, borcu hissə- hissə ödəyin. Amma qazdan istifadə olunub, ödənişini də etməliyik”.
S.Rzayev bildirib ki, pomidorun kiloqramını 5 qəpikdən istəyən olsa, satmağa hazırdır.
Adını söyləmək istəməyən digər şəmkirli fermer isə deyib ki, ötən həftə pomidorun kiloqramını 10 qəpikdən satıb: “Hər il ən yaxşı məhsulları Rusiya bazarlarına çıxardırdıq. Bu mövsümdə ixracda çətinlik yarandığından pomidor kütləvi şəkildə daxili bazara yönəldi, nəticədə yerli bazarlarda da qiymətlər düşdü. Tonlarla məhsul yığılıb qalıb, amma gün ərzində 50-60 kilo pomidoru güclə sata bilirik”.
Fermer onu da deyib ki, istixana sahibləri məhsullarını ancaq Rusiya bazarlarına çıxarmaqla qazanc götürərdilər. Çünki Gürcüstan bazarı onlar üçün əlverişli deyil, Avropa bazarlarına çıxış isə hələlik real görünmür.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə bildirib ki, bu il pomidorun qiyməti ötən ilə nisbətən 70-75 faiz ucuzlaşıb. Belə ki, ötən il pomidorun topdansatış qiyməti 95 qəpik-1 manat 20 qəpik arası olubsa, bu il 29-30 qəpikdən satılır. Pomidor ixracı isə 35 min ton azalıb. Bu isə o deməkdir ki, daxili bazarda adambaşına 3 kilo yarım pomidor qalıb. Nəticədə qiymət kəskin aşağı düşüb.
Kənd təsərrüfatı eksperti Akif Nəsirli isə deyib ki, Rusiya bazarına çıxışa məhdudiyyətlərin qoyulması fermerləri çətinliklə üzləşdirib. Amma Rusiya tərəfi ilə müzakirələr aparılır, xırda detallara qədər müzakirə edilir.
“Azərbaycanda emal müəssisələri azdır. Yəni konserv zavodlarının təlabatı istehsal həcmindən dəfələrlə aşağıdır. Digər tərəfdən, bizim fermerlər üçün Gürcüstan bazarları kiçikdir. Avropa bazarının tələbləri isə yüksəkdir, məsələn, məhsulları təkcə keyfiyyətinə və digər göstəricilərinə görə deyil, ölçüsünə görə də seçirlər”, - ekspert deyib.
Qeyd edək ki, rəsmi məlumata görə, bu ilin yanvar-aprel aylarında Azərbaycandan 42 milyon 271 min dollar dəyərində 36 min 674 ton pomidor ixrac olunub. Pomidor ixracı ötən ilin ilk 4 ayı ilə müqayisədə miqdar ifadəsilə 38 faiz, dəyər ifadəsilə 42 faiz azalıb.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildiriblər ki, agentliyin mütəxəssisləri ilə Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. “Rosselxoznadzor" tərəfindən bu günədək Azərbaycandan 152 pomidor istehsalı müəssisəsinin Rusiyaya məhsul ixrac etməsinə icazə verib.
İstehsalçılara ixrac sertifikatının verilməsi isə sadə prosedur deyil. Əvvəlcə fitosanitar müfəttişlər tərəfindən müəssisənin fitosanitar vəziyyəti qiymətləndirilir. Əgər hər hansı şübhəli hal ehtimal edilərsə, nümunələr götürülərək müvafiq laboratoriyalara təqdim olunur. Həm karantin tətbiq edilən viruslara, həm də digər karantin orqanizmlərə, eyni zamanda pestisid qalığına görə analizlər aparılır. Nəticələr müsbət olduqda yük partiyalarına fitosanitar sertifikat verilir. İkinci mərhələdə həmin müəssisə ixraca müraciət etdikdə yük partiyasının formalaşmasında müfəttişlər iştirak edir.
Lakin ixrac sertifikatının alınması məhsulun ixracı üçün bütün qapıları açmır. Pomidorun Rusiyaya daşınması xərcləri artıb, sərhəddə yük maşınları Rusiyaya keçmək üçün günlərlə növbədə gözləyir. Nəticədə Azərbaycan pomidorunun Rusiya bazarlarına çıxarılması üçün çəkilən xərclər də artıb. Bütün bunlar pomidor istehsalçılarının ziyana salır...
Virtualaz.org
Sabahın hava proqnozu açıqlanıb
"SƏDƏRƏK" BELƏ YANIR - VİDEOLAR, FOTOLAR (Yenilənir)
"Ərazi bütövlüyü və suverenlik məsələlərində..." - İlham Əliyev Zelenskiyə məktub göndərdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramil Səfərovun həyat yoldaşı müşavir vəzifəsindən ayrıldı
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri istefa verib
"Qarabağ" - "Ferentsvaroş" oyununa 30 minə yaxın bilet satılıb
Röya Ayxanın şikayət etdi, "lent.az”ın instagram səhifəsi bloklandı - Mətbuat Şurası hansı addımı atmağa hazırlaşır?
Politoloq niyə “xarici agent”lər siyahısına salındı? - İddia
Azərbaycanlı tələbə Türkiyədə saxlanılıb - Deport olunacaq
İradə Muradova Yasamalda öldürülüb (Yenilənib)
Günel Gözəlova yeni vəzifəyə təyin olundu
Məşhur kriminal Azərbaycandan ölkəsinə göndərildi
Füzulidə yanğın törədən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
“qemgin_20” adlı səhifənin sahibi saxlanıldı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zelenski: "Rusiya Putinlə görüşün qarşısını almaq üçün hər şeyi edir" - "ABŞ-dan güclü siqnal alırıq"
Tramp: "Bu məsələ bir az neft və sirkəyə bənzəyir"
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
Ağdarədə dağlıq ərazidəki yanğın söndürülüb - VİDEO
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
Türkiyədə daha bir zəlzələ oldu - 4.3 bal gücündə
ƏLİYEV, BERDİMƏHƏMMƏDOV və MİRZİYOYEV BİR ARAYA GƏLDİ: yeni sənədlər imzalandı - Türkmənistanda + FOTOLAR (Yenilənib)
Qəzzada ölənlərin sayı 62263 nəfərə yüksəldi
Əli Əsədov Vanq Lijun ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Kolleclərə qeydiyyat tarixi uzadılıb
“Risalət Travel”in yaradıcı Rasim Şahbazov qandallandı
Əliyev "Bölgədə yeni, əməkdaşlıq formatı yaradılır" dedi, Özbəkistan lideri yeni təkliflər verdi: Xəzər və Zəngəzurda...
Türkiyədə reper güllələndi - Konsertdə+ VİDEO
QARABAĞA SƏFƏR: daha bir icazə imkanı yaradıldı
Polis əməliyyatı: saxlanılanlar var
Deputat: "Kimlərsə mənim adımdan provokativ məlumatlar yayır" - Məlahət İbrahimqızı "pensiya xəbəri"ni təkzib etdi
QARABAĞA KÖÇ: daha bir kəndə 252 nəfər köçürüldü
BMT Qəzzada tam aclıq vəziyyəti elan edib: "Bu, dünya üçün utancdır"
“Hər şeyimizə həbs qoyublar" - Şərurlu İsfəndiyar kimə minnət qoyur?
Vəzifəli şəxsə 8 günlük həbs cəzası verildi
İran hava məkanının bir hissəsini qapatdı
"Lids Yunayted" Noa Okaforla müqavilə imzaladı
"Gençlerbirliği" malili hücumçunu icarəyə götürüb
Abşeronda boya zavodunda yanğın... - Açıqlamalar (Yenilənib)