İsa Qəmbər müxalifətdaxili çəkişmələrlə bağlı müraciət yayıb

img

28-01-2014 [17:00]


Müsavat Partiyasının başqanı İsa Qəmbər müxalifətdaxili çəkişmələrlə bağlı sürpriz müraciət yayıb. Müsavat başqanının Facebook sosial şəbəkəsindəki səhifəsində bu məzmunda status yayılıb. 

"Hörmətli dostlar,
Xanımlar və bəylər!

Media və sosial şəbəkələrdə 2013-cü ilin sonlarında başlayan, Müsavat Partiyasının üzvləri Milli Şuradan çıxdıqdan (6 yanvar) sonra daha da kəskinləşən söz savaşı bizim moratorium qərarından (8 yanvar) sonra xeyli səngisə də, hələ bitməyib.

Biz bu ili Məhəmməd Əmin Rəsulzadə ili elan etmişik. Yubiley tədbirləri il boyu davam edəcək; lakin, bir sıra əsas tədbirlər məhz indiki mərhələdə 28-31 yanvarda keçiriləcək.
Mən ilk növbədə müsavatçılara və "Yeni Müsavat”çılara, eyni zamanda ərkim çatan hər kəsə müraciət edərək hamını fevralın 1-nə qədər atəşkəs elan etməyə, daha sonra isə bu söz savaşına birdəfəlik son qoymağa çağırıram.

P.S.Bu gün M.Ə.Rəsulzadənin həyatda olan son silahdaşlarından biri - Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Bakıya gəlir. Doğrusu mən heç istəməzdim ki, o, sabah qəzetləri açanda Rəsulzadə-Elçibəy yolunda olduğunu iddia edənlərin bir-birinə qarşı yazıları ilə qarşılaşsın”.

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu İsa Qəmbərin bu müraciətinə müsbət münasibət bildirib. Baş redaktor müsavat.com-a deyib ki, hadisələr bir daha sübut etdi ki, Müsavat başqanı müdrik, təmkinli və böyük düşünən siyasətçidir. Bizim ona böyük hörmətimiz və rəğbətimiz var. Onun bu müraciətini tarixi və həm də doğru sayırıq. Biz başqanın bu çağırışına qoşulacağıq və 1 fevrala qədər bu çəkişmələrə ara verəcəyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA