MMP əməkdaşlıq üçün danışıqlara başlayır

img

28-01-2014 [15:08]


Bu gün Müasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyəti və Rayon Təşkilat sədrlərinin iştirakı ilə növbti toplantı keçirilib. 

Toplantıda ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib və əsasən Ukrainada baş verən hadisələrə siyasi qiymət verilib. Toplantıda son həftələr Azərbaycan siyasi arenasında da baş verən bir sıra ciddi dəyişikliklərin partiyaların sosial bazaları arasında narazılıqlara səbəb olması və bəzi partia üzvlərinin mənsubiyyətlərini dəyişmək istəməsi ilə bağlı MMP-yə müraciət etməsi də müzakirə mövzusu olub. 

Müxalifətin yeni birlik yaratmaq istəməsi məsələsi isə son günlər mətbuatın ən aktual mövzusu kimi dəyərləndirilib.Bununla bağlı mətbuata açıqlama verən MMP sədri Hafiz Hacıyev bir neçə təşkilatdan əməkdaşlıqla təklif aldığını bəyan edib.Lakin İdarə Heyətinin qərar vermək səlahiyyəti olmadığı üçün məsələnin Siyasi Şurada müzakirə edilməsinə qərar verilib.Yaxın tarixdə MMP SŞ-da məsələnin tərəfləri müzakirə ediləcək, alınan qərarlar haqqında mətbuata açıqlama veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA