Avropa İttifaqının komissarı Azərbaycana gəlir

img

02-07-2021 [16:32]


Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq siyasəti üzrə Komissarı Oliver Varhelyi gələn həftə Azərbaycana səfər edəcək.

Məlumata görə, Oliver Varhelyi özünün "Twitter" hesabında iyulun 6-9-da Gürcüstan, Azərbaycan və Ermənistanda səfərdə olacağını bildirib.

O. Varhelyi Aİ-nin regionla bağlı İqtisadi və İnvestisiya Planını təqdim edəcək.

Komissarın Azərbaycanda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər naziri Ceyhun Bayramov və digər şəxslərlə görüşləri nəzərdə tutulur/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA