Sahibə Qafarova Macarıstan Diplomatik Akademiyasında çıxış edib - FOTO
01-07-2021 [13:20]
Macarıstanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 30-da Macarıstan Diplomatik Akademiyasında keçirilən tədbirdə iştirak edib.
Mia.az xəbər verir ki, əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova ilə Macarıstanın Dövlət katibi – Macarıstan Diplomatik Akademiyasının prezidenti Orsolya Pacsay Tomassiç arasında görüş olub.
Sonra Milli Məclisin Sədri Macarıstan Diplomatik Akademiyasında keçirilən konfransda çıxış edib. Spiker tədbir iştirakçılarına Azərbaycanın keçdiyi tarixi yol barədə məlumat verib, minillik tarixə malik dövlətçilik ənənələrimizdən danışıb.
Azərbaycan və Macarıstan arasında münasibətlərə toxunan Milli Məclisin Sədri qeyd edib ki, Macarıstan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Gələn il diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik. Ortaq tarixi köklərə və oxşar tarixi taleyə malik olan xalqlarımız arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. Dövlət başçılarının qarşılıqlı səfərləri, görüşlər və indiyədək imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. İqtisadi əlaqələrimiz günbəgün genişlənir.
Daha sonra parlamentlərarası əməkdaşlığa toxunan Sahibə Qafarova qeyd edib ki, bu səviyyədə təmaslar dövlətlərarası əlaqələrin daha da möhkəmlənməsinə töfhə verir. İnanıram ki, parlamentarlarımız mövcud əməkdaşlıq ənənəsini Parlamentlərarası Birlik, AŞPA, ATƏT PA, NATO PA, eləcə də Avropa Parlamenti və digər beynəlxalq parlament təşkilatları çərçivəsində davam etdirəcəklər.
Çıxışında TÜRKPA-nın fəaliyyətini xüsusi qeyd edən Spiker Macarıstanın həmin qurum çərçivəsində Türk dünyası ilə artan əməkdaşlığı təşviq etməsindən məmnunluğunu ifadə edib.
Spiker qeyd edib ki, son illərdə Azərbaycanın təşəbbüsü ilə genişmiqyaslı qitələrarası enerji və nəqliyyat layihələri uğurla həyata keçirilib. Sahibə Qafarova bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi barədə danışıb.
Azərbaycan parlamentinin rəhbəri ərazilərimizin 30 il müddətində Ermənistan tərəfindən işğalda saxlanmasının uzun illər Qafqazda regional inkişafa və inteqrasiyaya əsas maneə olduğunu vurğulayıb. Spiker ötən il Azərbaycanın öz hərbi-siyasi imkanları hesabına erməni işğalına son qoyduğunu bildirib. O, təəssüflə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi üç onillik ərzində kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan özü bu qərarların icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi.
Sahibə Qafarova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tarixi torpaqları olan Qarabağı tamamilə azad etdi və Ermənistanı 10 noyabr 2020-ci ildə təslim aktını imzalamağa məcbur etdi. Spiker Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərinə görə Macarıstan hökumətinə və macar həmkarlarına təşəkkürünü bildirib. İşğal dövründə erməni vandallarının şəhər və kəndlərimizə vurduqları ziyandan danışıb, onların tarixi-mədəni abidələrimizi məhv etdiklərini bildirib, məscidlərimizi dağıtdıqlarını, milli sərvətlərimizi talan etdiklərini macar ictimaiyyətinin diqqətinə çatdırıb. Milli Məclisin Sədri məlumat verib ki, Azərbaycan artıq azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb.
S.Qafarova xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyon qaçqın və məcburi köçkünümüz var. Onlar öz evlərinə qayıtmalıdırlar. Biz məcburi köçkünlərin təhlükəsizliyini təmin etməliyik. Ancaq bu yolda çoxlu maneələr var, - deyən Milli Məclisin Sədri ilk növbədə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməli olduğunu vurğulayıb. Qeyd edib ki, Ermənistan azad edilmiş torpaqlarımızdakı minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bunun nəticəsində Azərbaycan vətəndaşı olan hərbi qulluqçu və mülki şəxslər, o cümlədən jurnalistlər mina partlaması nəticəsində yaralanıb və ya həlak olublar. O, bir daha beynəlxalq ictimaiyyəti Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb.
Milli Məclisin Sədri Ermənistanın uydurma “hərbi əsirlər” iddiasına da diqqət çəkərək, onların işğaldan azad olunmuş ərazilərdə törətdikləri təxribatlardan, hərbi cinayətlərdən danışıb, erməni tərəfinin 3 tərəfli bəyanata əməl etməyərək sərhəddə təxribatçı əməllərə əl atdığını söyləyib.
Milli Məclisin Sədri Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, Azərbaycan bölgədə sülh və sabitlik arzulayır. Azərbaycan bunun üçün bütün lazımı addımları atır və atmağa davam edəcəkdir.
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun