Həbsdə olan sabiq nazir YAP üzvlüyündən də çıxarıldı

img

30-06-2021 [14:47]


Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Mia.az Unikal.org-a istinadla xəbər verir ki, o, partiyanın Yasamal rayon təşkilatının üzvlüyündən çıxarılıb.

Qeyd edək ki, S.Müslümov korrupsiya əməllərinə görə fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA