"Zakir Həsənov və nazirliyin rəhbərliyindəki əksər generallar istefa verməlidir"

img

30-06-2021 [11:03]


“Təkcə medal və ordenlərlə təltifə görə baş vermiş rüsvayçılığa görə müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbərliyindəki əksər generallar istefa verməlidir! Ali Baş Komandandan, döyüşçülərdən, xalqdan üzr istəyib istefa verməlidirlər ha, elə belə yox! Azacıq ədalətləri (vicdan yazmıram də…) olsa belə edərlər! Belə şey olar?”.

Mia.az xəbər verir ki, bu tələblə 1-ci Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu sosial şəbəkədə çıxış edib. 

O bildirib ki,döyüşməyən nə qədər adama medal veriblər, amma döyüşüb, yaralanan xeyli əsgər kənarda qalıb: “Zakir Həsənov və komandasının yarıtmaz fəaliyyəti o boyda möhtəşəm qələbəni gözdən salmaqla məşğuldu! Heç sənədləşdirmə çox zəif olan 90- cı illər də belə biabırçılıq olmamışdı ey…”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA