Avropa Məhkəməsində Azərbaycanla bağlı qərarların 248-nin icrasına nəzarət davam edir
27-06-2021 [13:17]
Azərbaycanla bağlı qərarların 248-nin icrasına nəzarət davam edir.
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı icra mərhələsində olan 300-dək qərarının cəmi 41-i tam icra edilib.
Hüquqşünas Xalid Ağəliyev deyir ki, tam icra edilməsini gözləyən qərarların sayı daha çoxdur – 248.
“Müqayisə üçün deyim ki, AİHM-in Gürcüstanla bağlı qəbul etdiyi 150-yə yaxın qərardan 85-i tam icra edilib, 63-ü icra mərhələsindədir. Ermənistana qarşı 140 qərardan isə 84-ü tam icra edilib, 57-si isə icra mərhələsindədir”.
Beləliklə, AİHM-in qərarlarının icra durumu haqqında yenilənən statistik bilgilərində Azərbaycanla bağlı məlumatlar da yer alıb. https://aihmaz.org/aihm-in-az%c9%99rbaycanla-bagli-148-q%c9%99rari-icrasini-gozl%c9%99yir/
2011-ci ildən 2021-ci il iyunun 14-dək olan dövrü əhatə edən sənəddə bildirilir ki, bu dövr ərzində Azərbaycandan 300-dək qərar icra mərhələsinə daxil olub. Onlardan cəmi 41 qərarın icrasına nəzarət qapadılmış sayılır.
Statistikaya görə, 2012-ci ildə 1, 2018-ci ildə 18, 2019-cu ildə 16, 2020-ci ildə isə 6 qərarın icrasına nəzarət qapadılıb. İcrası başa çatan işlərdən 5-i “aparıcı”, 36-sı isə “təkrarlanan” işlər olub.
Sənəddə ümumilikdə icrası başa çatmış, icrası davam edən, yubanan və nəzarət mərhələsinə yeni daxil olmuş qərarlar barədə məlumat verilib. Bildirilib ki, hazırda AİHM-in Azərbaycanla bağlı qərarlarının 248-nin icrasına nəzarət davam edir. İcrası yubanan belə qərarların 202-si “təkrarlanan”, 46-sı isə “aparıcı” qərarlardır.
İllər üzrə göstəricilərdə icrası yubanan qərarların sayında artım tempi müşahidə olunur. İcrası yubanan təkraralanan qərarların sayı 2011-ci ildə 22, 2012-ci ildə 38, 2013-cü ildə 48, 2014-cü ildə 72, 2015-ci ildə 102, 2016-cı ildə 115, 2017-ci ildə 143, 2018-ci ildə 131, 2019-cı ildə 155, 2020-ci ildə 190, 2021-ci ildə isə 202 olub.
Bundan əlavə, 2021-ci ildə 11 yeni qərar icra mərhələsinə daxil edilib.
Avropa Şurasına üzv dövlətlər AİHM-in qərarlarını tam olaraq icra etməlidirlər. Dövlətlər Avropa Konvensiyasına qoşulmaqla AİHM-in qərarlarına əməl etmək öhdəliyi götürüblər. Bu öhdəlik Konvensiyanın 46-cı maddəsində təsbit olunub. AİHM qərarlarının icrasına nəzarəti Avropa Şurasının Nazirlər Komitəsi (AŞ NK) həyata keçirir. AİHM-nin qərarları qəti olduqdan sonra icrasına nəzarət edilməsi üçün AŞ NK-nə göndərilir. AİHM qərarlarının icrasına qərarların “aparıcı”, “təkrarlanan” və “izolə edilmiş” işlər üzrə təsnifləndirilməsi işığında nəzarət edilir. Belə təsnifləndirmə qərarların icrasına nəzarət sisteminin asanlaşdırlmasına xidmət edir. Təsnifləndirmənin məqsədi “aparıcı işlər”in müəyyən edilməsidir. Bu işlər yeni ümumi tədbirlərin həyata keçirilməsini zəruri edən, kompleks və ya struktural problemləri ortaya çıxaran qərarlardır. Daha əvvəlki məhkəmə işlərində təsbit olunan sistemli problemlərlə bağlı olan işlər “təkrarlanan işlər” kimi təsnif edilir/MeydanTV
Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasları keçiriləcək
Ərdoğan İrana hücumdan danışdı: "Biz qan tökülməsinin, göz yaşlarının dayanmasını və..."
Ramazanın 13-ci gününün duası: imsak və iftar vaxtı
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
Xadimələr belə, ixtisara salınır, ancaq şirkət prezidenti və... - Komitə sədri SOCAR-dakı "baş-ayaq" kadr siyasətindən elə faktları sadaladı ki...
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq
İlham Əliyev Rusiya rəsmisini qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Ceyhun Səfərə "BakuBus”da vəzifə verilib
"Azəriqaz”ın 5 milyon manatdan artıq borcu var
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
Livanda məktəblər bağlandı - İsrailin hücumlaırna görə
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə olunub
Pakistanda komendat saatı elan olundu - Xameneini ölümünə görə
İsrail Livanı bombaladı: 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb
AAYDA-da "qaynayır" - Daha bir rəis haqqında yeni iddialar yayıldı