Sabir Rüstəmxanlı hakimiyyəti repressiyada suçladı

img

27-01-2014 [17:14]


Deputat Sabir Rüstəmxanlının sədr olduğu Vətəndaş Həmrəyliyi Partiyası bloger Ömər Məmmədovun həbsilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Ö.Məmmədov yanvarın 24-də həbs edilib. Fəal içtimaiyyətçi, yüksək intellekt sahibi, siqaret belə çəkməyən Ö.Məmmədov narkotik maddə saxlamaq ittihamı ilə tutularaq həbsə alınıb.

Müəlliflər bu qanunsuz həbsi pisləyir, hüquq-mühafizə orqanlarından məsələyə obyektiv yanaşmağı xahiş edirlər.

Sənəddə Ö.Məmmədovun həbsi son vaxtlar gənclərə artan təzyiqlərin tərkib hissəsi sayılır.
Müəlliflər gənclərə qarşı təzyiq-təqib kampaniyasının ciddi narahatlıq yaratdığını nəzərə çatdırırlar. Hakimiyyətin uyğun qurumlarını ölkədə süni qarşıdurma yaradan, vətəndaş həmrəyliyini pozan münasibəti tezliklə dəyişdirməyə çağırırlar. Qanunsuz addımların qarşısını almağı və həbsdə olan gənclərin azadlığa buraxılmasını tələb edirlər.

Gənc siyasi fəal Ö.Məmmədov 1995-ci il fevralın 26-da Bakıda andan olub. Şimali Kipr Türk Respublikasının Cyprus İnternational Universitetinin tələbəsidir. 2013-cü ildən VHP Sabunçu rayon təşkilatının üzvüdür. 2013-cü ildə bir qrup gənclə "Axın” hərəkatını təsis edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA