"Məni yandıran budur..." - Deputat hər an mandatdan imtina edə biləcəyini deyir (MÜSAHİBƏ)
25-06-2021 [12:57]
Son dövrlər sosial şəbəkələrdə Milli Məclisin deputatları müzakirə olunurlar, tənqid edilirlər. Ən çox müzakirə olunanlardan biri də Vəhdət Partiyasının sədri Tahir Kərimlidir. "Unikal" qəzetinə müsahibə verən Tahir Kərimli həm hökumətdən, həm də cəmiyyətdən narazılığını ifadə edib.
Mia.az həmin müsahibəni təqdim edir:
-Tahir müəllim, Maraqlıdır ki, problemlərdən danışsanız da, tənqidi fikirləriniz olsa da, yenə də hədəfdə olursunuz. Bu aqressiyanın səbəbi nədir?
-Çox təəssüf edirəm ki, yuxarılar da, aşağılar da məndən narazıdır. Deputat kimi siyasi islahatların aparılmasını, referendum keçirilməsini, Nazirlər Kabinetinin paralel institut kimi ləğv olunmasını təklif edirəm, amma məndən inciyirlər. Niyə axı? Başqaları da bu kimi fikirlər səsləndirir. Amma onlara qarşı belə aqressiv mövqe olmur. Mən hər zaman demişəm, deputatlıq mənim üçün vasitədir, qazanc əldə etmək yeri deyil. 22 ildən artıq işsiz olmuşam, kommersiyam yox, gəlir yerim yox. Yəni, imkansızlığa öyrənmiş adamam. Hər an deputat mandatından imtina edə bilərəm. Hamı bilir ki, məni təhdid eləmək, yol göstərmək, təzyiq eləmək mümkün deyil. Lovğalıq üçün demirəm, olan budur. Ən kəskin formada, ən yüksək kürsündən xalqın sözünü deyirsən, yenə də hamı üçün pis adam olursan. Uşaqpulundan tutmuş kommunal xərclərə qədər bütün məsələləri qaldırmışam, amma nəticəyə bax. Elə məsələlər var ki, bizim səlahiyyətimizdə deyil. Qaldırdığımız problemlərin həll olunmamasından mən də narazıyam. Sonuncu iclasların birində tələb edirdim ki, neftin qiyməti artdığı halda niyə hökumət büdcəyə yenidən baxıb sosial müavinətləri artırmırıq. Hökuməti tənqid edirəm, yuxarıdakılar narahat olur, amma pisi odur ki, xalqın sözünü deyən adam kimi sosial şəbəkələrdə ağızlarına gələni yazırlar.
-Yaxşı, xalqın sözünü deyirsizsə, niyə Sizə hücum edirlər, tənqid atəşinə tuturlar?
-Məni də yandıran elə budur da. Yaxşı, nətər edək? Danışmayaq, deməyək, millətin, dövlətin dər-sərini dilə gətirməyək? Ciddi çıxışlar edirəm, mövqeyimi bildirirəm, amma sonra görürəm ki, saytlarda əleyhimə kampaniya aparılır. Danışmırsan, deyirlər, laldır, danışmır, danışanda da belə. Belə də ədalətsizlik olmaz axı.
-Bəzi iddialar var ki, deputatlar saxta yolla parlamentə düşdükləri üçün belə münasibət olur...
-Yenə deyirəm. Mən heç kimin səsini oğurlamamışam, saxtakarlığa ehtiyacım olmayıb. Xalqım məni parlamentə seçib. Əgər hökumət məni parlamentə buraxıbsa, qarşıma səd çəkməyibsə, gedin, ondan soruşun da. Bu o demək deyil axı, mən razılaşmışam, saxtakarlıq eləmişəm. Milli Məclisdə də, mətbuatda da sözümü deyirəm, narazılığımı ifadə edirəm. Kimlərsə, danışığa gedib 10 illə parlamentdə oturub, heç onlardan danışan yoxdur. Kimin yadındadır, 10 il ərzində AXCP üzvü olan deputatlar nə danışıblar? Biz özümüzü xalqdan ötrü öldürürük, amma yenə də axırda pis olan bizik. Amma heç bir iş görməyən adamlar bizi ittiham edirlər. Onlar olub müxalifət, biz olmuşuq iqtidar tərəfdarı. Mən nə müxalifətəm, nə iqtidaram. Mən haqq bildiyimi deyirəm. Xalqımı da, dövlətimi də müdafiə edirəm, iqtidarın da, müxalifətin də yaxşısına yaxşı, pisinə pis deyirəm.
Mən də gedib, özüm, qohum-əqrəbam üçün gün ağlayardım. Amma bunu eləmədim. İndi belə bir adama qarşı ədalətsizlik eləmək adamı yandırır. Bunlar görmürlər ki, mənim əməkhaqqımdan başqa gəlir yerim yoxdur? Nə qədər yalan demək olar ki, villası var, milyonları var. Bezdik daha, bu qədər yalan olmaz axı. Belə şeyləri eşidəndə, görəndə deyirəm ki, istefa vermək istəyirəm, pensiyaya da çıxmışam, daha bəsdir. Onda da deyirlər ki, belə danışma. Partiyanın taleyi necə olacaq, filan. Yaxşı, mən necə davranım? Kimlə sazişə girmişəm, kimə yaltaqlanmışam, kimə pislik eləmişəm? Bütün bunlar məni çox incidir.
-Tahir müəllim, cəmiyyətdən gələn mənfi impulsları anlamaq olar. Kütləvilik var, fərqli fikirlər ola bilər. Bəs hakimiyyət nümayəndələrindən olan reaksiyalar, saymamazlıq necə, orda ki, konkret ünvan var...
-Bilirsiniz, əgər deyilirsə ki, korrupsiya olmamalıdır, deməli, olmamalıdır. Əgər varsa, deməli, düzgün siyasət deyil. Mən istəyirəm ki,ölkəmdəki sistem təmiz olsun. O ki qaldı konkret şəxslərin ünvanının göstərilməsinə, mən bilsəm ki, ad çəksəm, iş düzələcək, ad çəkərəm. Onu da unutmayaq ki, bəyəm o cür məmurlar birdir, ikidir? Bir-iki nəfər yoxdur ki, yaxşı deyəm, qalanın hamısı eynidir də. Məmurlar dövlət telefonlarını şəxsi mobil telefon kimi işlədirlər. Hökumət telefonuna cavab vermək hər bir məmurun vəzifə borcudur, amma 90 faizi öz bildiyini edir. Yaxşı, mən naziri, nazir müavinini necə tapıb xalqın sözünü deyim, sonra da adını yaxşılığa çəkim. Bir ay bundan əvvəl Səhiyyə Nazirliyi ilə bağlı çox vacib məsələ var idi, bütün nazir müavinlərinə zəng elədim, biri də cavab vermədi. Yaxşı, mən öz vəzifəmi necə icra edim. Bunlar hələ deputata cavab vemirlər, görün, camaata necə münasibət bəsləyirlər.
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun