Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri, onlar müavini seçildi

img

21-06-2021 [15:23]


Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın ilk toplantısı keçirilib.

Mia.az AzNews.az-a istinadla xəbər verir ki, toplantıda nazir müavini, general-leytenant İsmət Əliyev iştirak edib.

İctimai Şuranın tam demokratik əsaslarla seçilən üzvlərinə uğurlar arzulayan İsmət Əliyev bildirib ki, DİN “İctimai iştirakçılıq haqqında” qanuna əsasən üzərinə düşən bütün vəzifələri məmnuniyyətlə yerinə yetirəcək.

Toplantıda “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri, Xalid Qarayev və Mahirə Əmirhüseynova onun müavinləri, Sevda Məmmədli isə katib seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA