Anar Nağılbaz müxalifətə keçdi

img

26-01-2014 [15:19]


Sabiq YAP-çı deputat Rizvan Cəbiyev Publika.Az -a açıqlamasında bildirib ki, o, oğlunun işinə qarışmır."Onun hara qoşulmasını bilmirəm. Bundan xəbərsizəm. Özündən soruşun özü desin. Mən onun işlərinə ümumiyyətlə qarışmıram”.

Qeyd edək ki, REAL hərəkatının dünən keçirilən konfransında R. Cəbiyevin oğlu Anar Nağılbazın ön sıralarda oturması diqqət çəkdi. Onun müxalifətə qoşulması ilə bağlı məlumatlar yayıldı.
A.Nağılbazın özü isə azvision.az saytına açıqlamasında buna aydınlıq gətirib. Bildirib ki, atasının adına xələ gətirəcək addımlar atmayıb, bundan sonra da belə addımlar atmayacaq. Lakin əlavə edib ki, cəmiyyətdə olduğu kimi ailədə də müxtəlif fikirli insanlar ola bilər, ümumi məqsəd isə eynidir, ailənin və cəmiyyətin inkişafı, möhkəmlənməsi üçün.

"Mən Rizvan Cəbiyevin imicinə xələl gətirəcək bir iş etmərəm. O ki qaldı sosial mövzulardakı ifalarıma, xatırlasanız 1994-95-ci illərdə belə ölkə başçısı və hakimiyyət nümayəndələri qarşısında mövcud olan problemlərdən oxuyub, mövqe göstərmişəm. Bu günə qədər də ona görə də hakimiyyət nümayəndələri tərəfindən ciddi qəbul olunmamışam. Rep musiqi növünü yararsız, ifaçılarını isə çox halda narkoman, yaramaz adlandırıb, bu işlərdən bizi soyudublar. Mənim indiyə qədər oxuduğum mahnıların nəticəsində bir çox məsələlər öz həllini tapıb. Mənim fikrim, məqsədim ölkəmə, ailəmə, cəmiyyətə lazımlı bir kəs olmaqdır”, -deyə A. Nağılbaz vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA