Ağcabədi sakinindən narkotik və silah götürülüb

img

14-06-2021 [11:45]


Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hacıyev idarə etdiyi avtomobillə birgə şəhər ərazisində saxlanılaraq RPŞ-yə gətirilib.

Avtomobilə baxış keçirilən zaman 2 ədəd polietilen torbada təmiz çəkisi 100 qram olan heroin və 1 ədəd “Makarov” tipli tapança aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR