Zaxarovadan Qarabağla bağlı açıqlama: "Bu, regionun bütün ölkələrini maraqlandıran prioritet və vacib tapşırıqdır" (YENİLƏNİB)
10-06-2021 [18:35]
"Rusiya Dağlıq Qarabağda minaların təmizlənməsi prosesinin sürətlənəcəyinə ümid edir".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Tərəfləri ərazilərin minalardan təmizlənməsi məsələlərinin, o cümlədən minalanmış sahələr barədə məlumat mübadiləsinin həllinə çağırırıq. Ümid edirik ki, bu proses sürətlənəcək”, - M.Zaxarova deyib.
“Minalardan təmizlənmə problemi çox təhlükəlidir. Rusiya Dağlıq Qarabağ və bitişik ərazilərdə münaqişədən sonrakı dövrdə minalardan təmizlənmə prosesinə əhəmiyyətli qatqı təmin edir. Rusiya sülhməramlı kontingentinin səyləri nəticəsində 26 minə yaxın partlayıcı element aşkarlanıb və 2 min hektardan çox ərazi təmizlənib. Oxşar tədbirlər Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılır”, - Rusiya XİN rəsmisi əlavə edib/Report.
***
Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması Azərbaycan, Rusiya və Ermənistan daxil olmaqla regionun bütün ölkələrini maraqlandıran prioritet və vacib tapşırıqdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqində bildirib.
Rusiya XİN-in rəsmisi yuxarıda qeyd olunan məsələ barədə razılığın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarında qeyd olunduğunu xatırladıb.
“Bu istiqamətdə işləri aparmaq üç ölkənin Baş nazirlərinin müavinlərinə tapşırılıb. Üç ölkənin mütəxəssisləri tərəfindən kommunikasiyaların bərpa olunması üçün vacib tədbirlərin görülməsi ilə bağlı ekspert analizi aparılıb. Bu, prinsipcə yaxın perspektivdə birgə infrastruktur layihələrinin mərhələli şəkildə həyata keçirilməsinə icazə verəcək. Ümid edirik ki, işçi qrup yaxın vaxtlarda öz fəaliyyətini liderlərin üçtərəfli bəyanatlarına müvafiq olaraq bərpa edəcək”, - deyə M. Zaxarova vurğulayıb.
O, bununla yanaşı, Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı məntəqələrində baş verən gərginliklərin ümumi fonun normallaşmasına yardım etmədiyini də qeyd edib: “Tərəfləri təmkinli olmağa, gərginliyin deeskalasiyasına və ziddiyyətlərin sülh və danışıqlar yolu ilə həllinə çağırırıq”/APA
Mia.az xəbər verir ki, Zaxarova Kəlbəcərdə həlak olan azərbaycanlı jurnalistlərdən də danışıb.
Bildirib ki, Rusiya Kəlbəcər rayonunda baş vermiş faciəyə ən birinci münasibət bildirənlərdən ölkələrdən birindir: "Rusiyanın Bakıdakı səfirliyi mina partlaması nəticəsində həlak olmuş jurnalistlərin doğmalarına, yaxınlarına başsağlığı verib. Biz Bakı ilə, Yerevan ilə mütəmadi təmasdayıq. Tərəfləri minalardan təmizləmə məsələsini yoluna qoymağa, o cümlədən minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırırıq. Bu işlərin sürətləndiriləcəyinə ümidvarıq. Bütün humanitar məsələlərin Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 10 noyabr və 11 yanvar tarixli birgə bəyanatlarına tam uyğun şəkildə həll olunmasına tərəfdarıq”.
Mia.az
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub