Müsavat Partiyası moratorium qərarını qüvvədə saxladı

img

22-01-2014 [22:35]


Müsavat Partiyasının Divanı bu gün keçirilən iclasında partiyanın AXCP ilə bağlı moratorium qərarını qüvvədə saxlayıb. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib.

T.Abbaslı moratorium qərarının ləğvi təşəbbüsünün özü tərəfindən irəli sürüldüyünü bildirib: "Məsələ müzakirə olundu və yekunda belə qərara gəlindi ki, moratorium qərarı hələlik qüvvədə saxlanılsın”.

T.Abbaslı Divanın iclasında Müsavat başqanının müavini Tofiq Yaqublunun ailə üzvlərinin qəzaya uğraması, publisist Rafiq Tağının cinayət işinin bağlanılması və Ukraynadakı proseslərin də müzakirə olunduğunu söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA