Qənirə Paşayeva təxribatla üzləşib

img

22-01-2014 [13:12]


Millət vəkili Qənirə Paşayeva təxribatla üzləşib. MİA modern.az-a istinadən bildirir ki, bu barədə deputat özü xəbər verib: "Ötən gün kimlərsə mənim rəsmi Twitter hesabımın parolunu oğurlayaraq, özəl mesaj qutumdan bəzi dostlara mənim adımdan mesaj yazdıqlarının şahidi olduq. Yazılan mesajı həmən tamam silməyi unutduqarından bir parçası bu əxlaqsızlığı və tərbiyəsizliyi anlamamıza vəsilə oldu. Sizdən ricam odur ki, son 2 gündə və ondan öncə (çünki bunu öncələri də edə bilərlər!) mənim özəl mesaj qutumdan kimlərəsə şübhələndiyiniz, narahatedici və ya bunu Qənirə xanım yazmaz dediyiniz mesaj gəlibsə, mütləq bizə xəbər verin.

Qeyd edim ki, mən ümumiyyətlə özəl mesaj qutusundan nadir istifadə edirəm”.

Millət vəkili bildirib ki, mütəxəssislərin dəstəyi ilə artıq Twitter hesabının güvənliyi daha da artırılıb: "Başqalarının hesabına girmək, məktublar yazmaq və ya məktublar oxumaq dünyada bir insanın edə biləcəyi ən büyük əxlaqsızlıq və tərbiyəsizlikdir. Təəssüf ki, günümüzdə bu cür əxlaqsız və tərbiyəsiz insanların sayı artmaqdadır. Bütün dostlardan diqqətli olmalarını və şübhələndikləri anda bizə hər hansı bir yolla müraciət etmələrini rica edirik”.

Qənirə Paşayeva sosial şəbəkələrdəki dostlarına müraciət edərək bildirib ki, GaniraP onun tək rəsmi Twitter hesabıdır: "Təəssüf ki, bəzi insanlar bütün əxlaq normalarını pozaraq mənim adıma başqa Twitter hesabları açıblar. O hesabların mənimlə heç bir əlaqəsi yoxdur və bunu hər kəsin bilməsini istəyirik. Ümid edirəm ki, adıma saxta Twitter hesabı açan şəxslər nə qədər böyük əxlaqsızlıq və tərbiyəsizlik etdiklərinin fərqinə vararaq, bu tərbiyəsizliyi dayandıracaqlar və bunun dayandırılması üçün sizin də dəstəyinizə ehtiyacımız var”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA