Oqtay Gülalıyevə əlilliyə görə müavinət verilməsindən imtina olunub - Ailəsindən açıqlama
04-06-2021 [15:38]
Azərbaycanda tanınmış hüquq müdafiəçisi, Repressiya və İşgəncələrə Qarşı Komitənin koordinatoru Oqtay Gülalıyevə əlilliyə görə müavinət verilməklə əlillik statusunun verilməsindən imtina ediblər.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumatı “Turan”a təsdiqləyiblər.
Buna baxmayaraq, indiyə qədər Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ailəyə imtina ilə bağlı məlumat verilməyib. Yalnız Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva özü Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdikdən sonra cavab alıb ki, əlillik statusunun verilməsindən imtina edilib.
Mayın 7-də DOST vasitəsilə xəstənin yaşadığı ərazi üzrə xidmət göstərən Bakı şəhər 36 saylı poliklinikanın həkim-məsləhət komissiyasının rəyi bu agentliyə göndərilib. Rəyi nəzərdən keçirdikdən sonra Agentliyi maraqlandıran suallara cavab tapmaq əvəzinə, əlilliyin verilməsindən imtina edilib.
Agentliyin əməkdaşı bildirib ki, imtina tibbi rəydə zəruri informasiyanın, o cümlədən xəstəliyin əsas simptomları barədə bilginin olmamasına görə avtomatik daxil olub: “Poliklinikada tərtib edilən arayış “natamam və səthi” olub. İmtina barədə məlumat verən şəxs Oqtay Gülalıyevin ailəsinə məsləhət görüb ki, poliklinikaya bir daha müraciət etsinlər”.
Agentlikdən “Turan”a onu da bildiriblər ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi düzgün tərtib edilmiş sənədləri aldıqdan sonra Gülalıyevin əlilliyi rəsmiləşdiriləcək: “O, müavinətini əlillik statusu rəsmi təsdiq olunduğu gündən alacaq”.
Firuzə Gülalıyevanın sözlərinə görə, ötən ilin sonunda Azərbaycana qayıtdıqdan sonra əlilliyin rəsmiləşdirilməsi üçün poliklinikaya müraciət edib, ancaq 36 saylı poliklinika həkim-məsləhət komissiyasının rəyini mayın 7-də göndərib.
Firuzə Gülalıyeva iyunun 4-də həkimlərin səhlənkarlığı ilə əlaqədar Səhiyyə Nazirliyinə şikayət göndərib.
Oqtay Gülalıyev 29 oktyabr 2019-cu il axşam saatlarında piyada keçidində gedərkən onu taksi vurub. O, xəstəxanaya çatdırılıb. Həkimlər Oqtay Gülalıyevə kəllə sümüyünün sınığı və beyin zədələnməsi diaqnozunu qoyublar.
Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.
Sonra Heydər Əliyev Fondunun köməyilə xəstəni İstanbula göndəriblər, orada ağır müalicədən sonra vəziyyəti tədricən yaxşılaşmağa başlayıb. Xəstə uzunmüddətli komadan çıxmağa başlayıb.
Hazırda Gülalıyev müalicəsini evdə davam etdirir. O hərəkətsizdir, yataq rejimindədir, tərpənə bilmir.
Firuzə Gülalıyeva deyir ki, Oqtay danışılanları anlayır və zəif hərəkətlərlə öz istəyini bildirə bilir: “Buna baxmayaraq, ağır vəziyyətin bütün əlamətləri göz önündədir, əlillik ona görə verilməyib ki, 36 saylı poliklinikanın həkimləri onun vəziyyəti barədə rəy tərtib edə bilməyiblər. Rəy tərtib olunsa, bunun əsasında Oqtay Gülalıyev əlillik, müalicə və dərman preparatları üçün lazım pul vəsaitini ala bilər”.
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib