Azərbaycanda partiya sədri vətəndaşlıqdan imtina edir

img

22-01-2014 [10:12]



Azərbaycan Milli Hərəkat Partiyasının sədri, elmlər namizədi Samir Turan üzləşdiyi ağır sosial problemlərə üsyan edir. O, 40 ildir Bakıda yaşasa da, nəinki evi-eşiyi, hətta qeydiyyatı belə yoxdur. 

Mia.az «Reytinq» qəzetinin son sayında dərc olunan xəbərə istinad edərək, məlumat verir ki, partiya sədri deyib ki, bir neçə dəfə Prezident Administrasiyasına və Milli Məclisə ev və ya ev tikmək üçün torpaq sahəsinin ayrılması haqda məktub yazıb: «Lakin yazdığı bütün məktublar Bakı şəhər İcra Hakimiyyətinə göndərilib.Ordan isə müxtəlf məmurların imzası ilə cavablar gəlib. Sonuncu cavabı isə apparat rəhbəri Rasim Quliyev adlı şəxs imzalayıb. Maraqlısı odur ki, verilən caavablların hamısı da standart cavablardı; Bizlik deyil, vəssalam. Onda sual çıxır ortaya, əgər onlarlıq deyilsə, niyə məktubları Bakı şəhər İcra Hakimiyyətinə göndərirlər, bəlkə onlar da bilmirlər ki, bu cür məsələlər "onlarlıq" deyil. Yox, əgər onlarlıqdırsa, onda bu məsuliyyətsizliyə nə ad qoyaq?». 

Partiya sədri deyib ki, bu açıq şəkildə süründürməçilik ölkədə bürokratik əngəllərin olduğunu təsdiqləyir: «Sanki dövlət qurumlları əvvəlcədən belə standart cavabları hazırlayıb, əllərinin altında saxlayırlar. Onlara Prezident Administrasiyasındaan daxil olan məktublaarı araşdırmaadan həmin standartlar məktublara tarix imza qoyaraq, şikayətççiyə göndərirlər. Baxın, burada digər maraqlı məsələ odur ki, mən, bu məktubları onlara yox, prezident İlham Əliyevə və Milli Məclisin sədri Oqtay Əsədova yazıram. Məntiqlə qanunlla cavabı da öncə onlar yazmalıdır». 

Üzləşdiyi problemlərə toxunan partiya sədri bildirib ki, 40 ildir Bakıda yaşamasına rəğmən, hələ də nə evi, nə də bir metr torpaq sahəsi var: «Partiya sədri, elmlər namizədi, yazıçılar və jurnalistlər birliyinin üzvüyəm. Gənc mütəxəssis kimi, 1990-cı ildən Yasamal rayon İcra Hakimiyyətində ev növbəsindəyəm. 1970- ci ildən 2013- ilə qədər Bakı Dövlət Universitetinin yataqxanasında qeydiyatda idim. İndi oranı da söküblər, artıq qeydiyyatım da yoxdur. Bir sözlə evsiz-eşiksiz, işsiz, bir metr torpağı pasport qeydiyyat olmayan Azərbaycan vətəndaşıyam! Gələcəkdə harada səsverəcəyəm, o da bilinmir, bunlar hər dəfə siyahıyaalmanı necə aparırlar?».

 Partiya sədri sonda vətəndaşlıqdan imtina etmək həddinə çatdırıldığını deyib: «Əgər bu cür yaşamağım kimisə bir vətəndaş kimi narahat etmirsə, onda xahiş edirəm, məni Azərbaycan vətəndaşlığından azad eləsinlər. Başqa nə deyim.

 Onu da qeyd edim ki, indi mənim məktublarıma "bizlik deyil "cavab verənlərin çoxu o çətin günlərdə mən və partiyam rəhmətlik Ulu öndər Heydər Əliyevi müdafiə edəndə tülkü kimi qaçıb gizlənmişdilər».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA