ADA Universiteti Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığa başlayıb
03-06-2021 [12:16]
İyunun 2-də ADA Universiteti ilə Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Universitetdən Mia.az-a bildirilib ki, memorandumu ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov imzalayıb.
Sənədin əsas məqsədlərindən biri Bankın strateji fəaliyyət istiqamətləri üzrə müxtəlif mövzulara dair elmi tədqiqatların aparılması, birgə konfrans və tədbirlərin keçirilməsi, bank əməkdaşları üçün fərqli dərəcə və ixtisasartırma proqramlarının həyata keçirilməsidir. Eləcə də ADA-nın yüksək bilik və bacarığı ilə fərqlənən məzunlarının işlə təmin edilməsi də əsas məqsədlər sırasındadır. Memoranduma əsasən, universitetin “Big Data” Mərkəzinin rezident tələbələri ilə Bankın müvafiq birgə layihələri keçiriləcək. Əməkdaşlıq çərçivəsində məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulub.
Memoranduma əsasən, gənc peşəkarların hazırlanması istiqamətində Universitetin İnformasiya Texnologiyaları və Mühandislik, Biznes və ya digər fakültələrinin tələbələri üçün təqaüd proqramları təsis ediləcək. “Big Data” Mərkəzinin rezident tələbələri Bankın müvafiq sifarişlərini yerinə yetirəcəklər. Əməkdaşlıq çərçivəsində birgə layihə-konstruktor işlərinin aparılması, habelə elmi və elmi-texniki konfransların təşkili, məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulub.
Sənədi imzalayan ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə davamlı inkişafa nail olmaq üçün milli kadrların yetişdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ADA Universiteti müasir iş mühitinin sürətlə dəyişən tələblərini nəzərə alaraq bir çox xarici universitetlərlə ikili diplom proqramları təqdim edir. Eyni zamanda iri şirkətlərlə əməkdaşlığını durmadan genişləndirir: “Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq gənclərin inkişafı üçün yeni fürsət və imkanlar təqdim edəcək. Universitetin akademik, Bankın isə praktik təcrübəsi yüksək ixtisaslı kadrların yetişdirilməsini sürətləndirəcək”, - deyə prorektor F.İsmayılzadə əlavə edib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə Bankın strateji inkişaf planından bəhs edərək rəqəmsal bankçılıq, korporativ idarəetmə, davamlı və rəqabətədavamlı biznes modelinin tətbiq edilməsi üzrə əldə olunan təcrübə və nailiyyətlərə diqqət yönəldib: “Ən qabaqcıl yenilikləri ölkəmizə gətirməklə yanaşı, biz insan kapitalının dəstəkləməsinə, istedadlı insanlara inkişaf mühitinin yaradılmasına da böyük önəm veririk. Yüksək potensiala malik gəncləri işə cəlb edib onların peşəkar inkişafına kömək göstərməklə ölkəmizin iqtisadi inkişafına əlavə dəyər qazandırmağı hədəfləyirik. ADA Universiteti ilə genişlənən əməkdaşlığımız bu istiqamətdə yeni imkanlar yaradacaq”- deyə A.İbrahimov vurğulayıb.
Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqalndı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL