Tofiq Yaqublunun ailəsi qəzaya düşdü - Yenilənib

img

21-01-2014 [22:23]


İsmayıllı olaylarına görə həbs olunan Müsavat başqanının müavini Tofiq Yaqublunun ailəsi bu gün baş tutan məhkəmədən qayıdarkən avtomobil qəzasına düşüb.

Bu barədə facebookda məlumat paylaşılıb. Belə ki Şəkidə davam edən məhkəmədən qayıdarkən İsmayıllı ərazisində baş verən avtoqəza nəticəsində maşında olan Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu və vəkil Xaliq Bağırov yüngül xəsarət alıblar.

Tofiq Yaqublunun xanımı Maya Yaqublu və Müsavat fəalı Çingiz Əlinin xəsarətləri ciddi olduğundan xəstəxanaya yerləşdiriliblər.

***

Nərgiz Yaqublunun musavat.com-a verdiy məlumata görə, maşının sürücüsü müsavat fəalı Çingiz Əli olub.

Hadisə İsmayıllı rayonunun Xənəgə kəndinin ərazisində baş verib. Vəkil Xaliq Bağırov deyib ki, sıx duman olması səbəbindən maşın yoldan çıxıb və dərəyə yuvarlanıb.

Hadisə yerinə polis və təcili yardım maşınları gəlib.

***
Artıq Tofiq Yaqublunun böyük qızı Nigar Yaqublu Facebook hesabında anası Maya xanımın da yaxşı olduğunu qeyd edib: "Bilirəm, hamı narahatdır. Ana yaxşıdır, Çingiz bəy hələ rentgendədir, ondan xəbər gözləyirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA