Müsavat moratorium qərarına yenidən baxa bilər

img

21-01-2014 [11:54]


"Müsavat Partiyası haqqında böhtan deyənlər, özləri haqqında həqiqəti eşitmək məcburiyyətində olacaqlar”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Müsavatın Milli Şuradan çıxması ilə bağlı səslənən ittihamlara münasibət bildirərkən deyib.
"Öz uydurmalarına özlərini inandırmaq istəyirlər” söyləyən G. Aslanlı qeyd edib ki, partiya müxalifət qüvvələri arasında qarşılıqlı ittihamlara birtərəfli qaydada moratorium qoyulması haqqında qərarına yenidən baxa bilər.
Onun sözlərinə görə, moratoriumun ləğvindən sonra bütün ittihamlara cavab veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA